Sizin Reklam Burada
Xəbər lenti
12-05-2026
11-05-2026
BÜTÜN XƏBƏRLƏR

Şuşakəndin yeni dirçəliş dövrü başlayıb - FOTO

Tarix: 13-05-2026 10:46     Baxış: 317 A- / A+


Şuşakəndin yeni dirçəliş dövrü başlayıb - FOTO
Şuşakənd - Qarabağın dağlar qoynunda yerləşən, Şuşanın adını daşıyan qədim kəndlərindən biri. Sıldırım qayaların, meşəliklərin və dolanbac yolların arasında yerləşən bu kəndin dirçəliş dövrü başlayıb.
Manevr.az xəbər verir ki, Xocalı rayonunun Şuşakənd kəndi bu gün artıq yeni bir mərhələnin astanasındadır.
Kənd Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçib və bundan sonra burada genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilib. Dağ kəndinin siması tədricən dəyişir, keçmişin izləri ilə gələcəyin ümidləri eyni məkanda birləşir.
İndiyədək kənddə sosial infrastrukturun qurulması istiqamətində bir sıra layihələr icra olunub və bu proses davam etdirilir. Mövcud elektrik xətləri bərpa edilib, 3 su anbarı və bir subartezian quyusu yenidən istifadəyə verilib, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb. Kəndə qaz xətti çəkilib, içməli su şəbəkəsi təmir edilib. Eyni zamanda rabitə xətlərinin layihəsi təsdiqlənib və hazırlıq işləri görülür. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.
Şuşakənddə ümumilikdə 263 fərdi ev var. Onlardan 91-i yararsız, 172-si isə qismən yararlı vəziyyətdədir. Bu rəqəmlər burada aparılan bərpa işlərinin miqyasını göstərir - hər ev, hər küçə günü-gündən abadlaşır və dirçəlir.apa

Manevr.az



Şuşakəndin yeni dirçəliş dövrü başlayıb - FOTOŞuşakəndin yeni dirçəliş dövrü başlayıb - FOTOŞuşakəndin yeni dirçəliş dövrü başlayıb - FOTOŞuşakəndin yeni dirçəliş dövrü başlayıb - FOTO





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar