Sizin Reklam Burada
Xəbər lenti
11-05-2026
10-05-2026
BÜTÜN XƏBƏRLƏR

Səhiyyə Nazirliyi son günlər əhali arasında yayılan virusların adını açıqlayıb

Tarix: 12-05-2026 12:30     Baxış: 38 A- / A+


Səhiyyə Nazirliyi son günlər əhali arasında yayılan virusların adını açıqlayıb
“Son zamanlar əhali arasında müşahidə olunan halsızlıq, küt ağrılar, ürəkbulanma və qusma kimi simptomlar çox vaxt kəskin qastroenterit və ya xalq arasında "mədə-bağırsaq qripi" kimi tanınan virus mənşəli infeksiyaların əlamətidir”.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlamasında bildirib ki, bu vəziyyətə ən çox səbəb olan infeksiyalar Adenovirus, Norovirus və Rotavirus yayılır və bədəndə ciddi halsızlıq, əzələ ağrıları və həzm sistemi pozuntuları yaradır:
“Həmçinin, mövsümi respirator virusların bəzi ştamları da abdominal simptomlarla müşayiət oluna bilər. Bundan başqa, mədə-bağırsaq əlamətləri xüsusilə isti havalarda bakteriyaların (məsələn, Salmonella, Stafilokok) qidalarda sürətlə artması nəticəsində bu qidaları qəbul etdikdə də baş verə bilər.
İnfeksiyadan qorunmaq üçün gigiyena qaydalarına ciddi riayət edilməlidir. Əlləri tez-tez sabunla, ən azı 20 saniyə yumaq lazımdır. Meyvə-tərəvəzlər bol su ilə yuyulmalı, ət və süd məhsullarının saxlanma şəraitinə diqqət edilməlidir. Xəstə şəxslərlə yaxın təmasdan və onların şəxsi əşyalarından istifadə etməmək lazımdır. Simptomlar başladıqda bədənin susuzlaşmaması üçün bol su, mineral sular və ya xüsusi elektrolit məhlullarından istifadə edilməlidir. Böyüklər üçün bu növ ümumi mədə-bağırsaq viruslarına qarşı universal bir vaksin yoxdur”.
Rotavirus vaksini əsasən körpələrə və uşaqlara tətbiq edilir
“Rotavirus vaksini əsasən körpələrə və uşaqlara tətbiq edilir. Virus mənşəli hallarda antibiotiklər effektiv deyil. Müalicə adətən simptomatikdir (qusma əleyhinə preparatlar, sorbentlər və itirilmiş mayenin bərpası), lakin dayanmadan davam edən şiddətli qusma,yüksək hərarət (38.5°C və yuxarı),nəcisdə qan və ya şiddətli qarın ağrısı, ciddi susuzlaşma əlamətləri (ağız quruluğu, sidik ifrazının azalması, başgicəllənmə) olduqda dərhal həkimə müraciət etmək lazımdır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar