Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
BÜTÜN XƏBƏRLƏR

Ağdamda dəhşətli qəza: 4 hərbçi həlak oldu - Foto

Tarix: 10-05-2026 16:05     Baxış: 323 A- / A+


Ağdamda baş verən qəza zamanı 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Manevr.az teleqraf-a istinadla xəbər verir ki, qəza hadisəsi rayonun Çuxurməhlə kəndi ərazisində baş verib.
Hərəkətdə olan “Hunday” markalı avtomobil qarşıdan gələn VAZ-2106 markalı avtomobillə toqquşub.
Nəticədə avtomobillərdə olanlardan 4 nəfər - leytenant Faiq Xanqulu oğlu Mehtiyev, çavuş Saday Yaqub oğlu Qəhrəmanov, çavuş Ruslan Ramil oğlu Novruzov və İsmayıl Abdulla oğlu Abbasov həlak olub.
“Hunday” markalı avtomobilin sürücüsü Sadiq Rafael oğlu Cəfərov isə xərasət alıb.
FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilərək avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.
TƏBİB-in yaydığı məlumatda isə bildirilib ki, xəsarətlər alan Sadiq Cəfərovun vəziyyəti qənaətbəxşdir, müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar