1962-ci ildə üç məhbus “qaçmaq qeyri-mümkün” hesab olunan Alkatraz həbsxanasından qaçmağa nail oldu. Aylarla davam edən planlaşdırmadan sonra izsiz yoxa çıxan bu məhbusların həqiqətən xilas olub-olmadığı isə bu günə qədər dəqiq məlum deyil.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, San Francisko körfəzinin ortasında, materikdən təxminən 2 kilometr məsafədə yerləşən Alkatraz Federal həbsxanası uzun illər ABŞ-ın ən yüksək mühafizə olunan cəza müəssisələrindən biri kimi tanınıb.
Xəbər lenti
"Qaçmaq qeyri-mümkündür" deyilirdi: 64 il əvvəl qaçan 3 məhkumdan hələ də xəbər yoxdur


1934-cü ildə federal həbsxanaya çevrilən bu ada digər həbsxanalarda problem yaradan, intizam cəzası alan və ya qaçma riski yüksək olan məhbuslar üçün istifadə olunurdu. Təcrid olunmuş yeri, ətrafını əhatə edən soyuq sular və güclü dalğalar səbəbindən Alkatraz uzun müddət “qaçmaq qeyri-mümkün” yer kimi məşhur olub.
Amerika cəza sisteminin ən sərt simvollarından biri idi
Alkatraz həbsxanası yalnız yüksək təhlükəsizlikli həbsxana deyildi, eyni zamanda Amerika cəza sisteminin ən sərt və rəmzi məkanlarından biri hesab olunurdu.İctimaiyyət arasında “ən təhlükəli cinayətkarların göndərildiyi yer” kimi tanınan bu həbsxanada məşhur qanqster Al Kapone kimi şəxslər də saxlanılıb. Bu isə Alkatraz həbsxanası ətrafındakı qorxulu əfsanəni daha da gücləndirib.

1962-ci ildə üç məhbus bu əfsanəni sarsıtdı
1962-ci il 11 iyun gecəsi üç məhbus Alkatraz həbsxanası tarixinin ən məşhur qaçışını həyata keçirdi:
Solda Frank Lee Morris, ortada Clarence Anglin və sağda John Anglin
Bu üç şəxs əvvəllər də müxtəlif həbsxanalarda qaçış cəhdləri etdiklərinə görə yüksək riskli sayılır və məhz buna görə Alkatraza göndərilmişdilər.
Aylarla gizli hazırlıq apardılar
Qaçışı planlaşdırmaq aylarla davam edib. Məhbuslar hücrələrindəki havalandırma dəliklərini gizlicə genişləndirir, açdıqları yerləri diqqət çəkməməsi üçün örtürdülər.Qaçış gecəsi isə nəzarətçiləri aldatmaq üçün çarpayılarına kağız kütləsi və digər materiallardan hazırlanmış, üzərinə həqiqi saçlar əlavə olunmuş saxta başlar qoydular. Gecə yoxlaması aparan əməkdaşlar məhbusların hələ də hücrələrində yatdıqlarını düşündülər.

Damdan qaçaraq körfəzə çıxdılar: bir daha izlərinə rast gəlinmədi
Məhbuslar hücrələrinin arxasındakı servis dəhlizindən keçərək binanın damına çıxdılar. Buradan aşağı enən üçlük əvvəlcədən hazırladıqları sal ilə San Francisko körfəzinə çıxdılar.Həmin gecədən sonra onlardan bir daha xəbər olmadı.
Onların cəsədləri də heç vaxt tapılmadı. Lakin rəsmi qurumlar onların soyuq su və güclü axınlar səbəbilə boğulmuş ola biləcəyini ehtimal edirdi.
Tarixə düşən Alkatraz qaçışı
Alkatraz həbsxanası tarixində başqa qaçış cəhdləri də olub. Lakin onların əksəriyyəti uğursuzluqla nəticələnib və ya qaçanlar qısa müddət ərzində tutulub. 1962-ci il hadisəsini fərqləndirən əsas məqam isə qaçan məhbusların taleyinin heç vaxt dəqiq müəyyən olunmamasıdır.
Əgər Frank Lee Morris və Anglin qardaşları həqiqətən xilas olublarsa, bu o deməkdir ki, ABŞ-ın “qaçmağı qeyri-mümkün” hesab etdiyi ən məşhur həbsxana aşılmış olub. Məhz buna görə bu hadisə bu günə qədər Amerika cinayət tarixinin ən böyük açılmamış hadisələrindən biri hesab olunur.
Qaçışdan sonra sənədli filmlər və kino əsərləri çəkildi
Aradan onilliklər keçməsinə baxmayaraq, Alkatraz həbsxanası qaçışı hələ də gündəmdə qalır. Bu hadisə sənədli filmlərə, kitablara və kino layihələrinə mövzu olaraq müasir dövrün ən məşhur cinayət hekayələrindən birinə çevrilib.Qaçışdan bir il sonra bağlandı
Alkatraz həbsxanası qaçışdan bir il sonra – 1963-cü ildə bağlandı. Milli Park Xidmətinin məlumatına görə, bunun əsas səbəbi qaçış deyil, həbsxananın istismar xərclərinin çox yüksək olması idi.
Lakin 1962-ci il qaçışı həbsxananın “məğlubedilməz” imicinə ciddi zərbə vurdu.
Bu gün də eyni sual verilir
Onilliklər keçməsinə baxmayaraq, bu hadisənin mərkəzində duran əsas sual dəyişməyib:Frank Lee Morris və Anglin qardaşları həqiqətən həlak oldular, yoxsa tarixdə ən mükəmməl həbsxana qaçışlarından birini həyata keçirdilər?
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































