Xəbər lenti
Xameneinin yaralanması ilə bağlı bəzi detallar ilk dəfə açıqlandı

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Ərəbi" hökumət müşavirələrinin koordinatoru Məzahər Hüseyniyə istinadən məlumat yayıb.
Məlumata görə, İranın yeni lideri fevralın 28-də İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi birgə hərbi əməliyyat zamanı yaralanıb. Həmin hücum nəticəsində onun atası - İranın rəhbəri Əli Xamenei və həyat yoldaşı ölüblər.
İran rəsmisinin sözlərinə görə, partlayış dalğasının təsiri ilə Müctəba Xamenei yerə yıxılıb və dizindən, bel nahiyəsindən, eləcə də qulağının arxa hissəsindən yüngül xəsarətlər alıb.
Məzahər Hüseyni bildirib ki, onun belindəki zədə artıq sağalıb, dizindəki problemin isə yaxın vaxtlarda tam aradan qalxacağı gözlənilir. Qulağının arxasında yaranan kiçik kəsiyin əmmaməyə görə görünmədiyi qeyd olunub.
"Voll Strit Jurnalı" vurğulayıb ki, bu, İran hakimiyyətinin yeni ali liderin yaralanması ilə bağlı detalları ilk dəfə açıq şəkildə paylaşdığı haldır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































