Sizin Reklam Burada
Xəbər lenti
11-05-2026
10-05-2026
BÜTÜN XƏBƏRLƏR

"Xoşbəxtlər ölkəsi"ndə abortların sayı durmadan artır

Tarix: 12-05-2026 08:51     Baxış: 323 A- / A+
"Xoşbəxtlər ölkəsi" adlandırılan Finlandiyada hamiləliyin süni yolla pozulması hallarının sayı artıq üçüncü ildir ki, artmaqdadır.

Bu barədə yerli "Yle" nəşri Milli Səhiyyə və Rifah İnstitutunun ("THL") göstəricilərinə əsaslanaraq məlumat yayıb.

Bildirilib ki, ötən il ərzində ölkə üzrə 9 mindən çox hamiləliyin dayandırılması əməliyyatı həyata keçirilib. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 4% yüksəkdir.

Məlumata görə, 2010-cu illərdə müşahidə olunan davamlı azalmadan fərqli olaraq, 2022-ci ildən etibarən Finlandiyada abort hallarının artım tendensiyası qeydə alınır.

Mütəxəssisləri ən çox narahat edən məqamlardan biri qadınların təkrar abortlara daha çox müraciət etməsidir.
"THL"in məlumatına əsasən, ötən il həyata keçirilən prosedurların üçdə birindən çoxu daha əvvəl ən azı bir dəfə hamiləliyini sonlandırmış şəxslərin payına düşüb.

Eyni zamanda, bu qrupa daxil olan hər on qadından biri əvvəlki abort əməliyyatını məhz son iki il ərzində etdirib.

Qurum rəsmiləri artımın konkret səbəbini müəyyənləşdirməkdə çətinlik çəkdiklərini bildirsələr də, bir neçə amilin eyni vaxtda rol oynaya biləcəyini istisna etmirlər.

Ekspertlər mövcud vəziyyəti qiymətləndirərkən, xüsusilə, iqtisadi amillərin əhəmiyyətini vurğulayırlar. Onların sözlərinə görə, əvvəlki illərdə müşahidə olunan azalma əsasən maarifləndirmə işlərinin gücləndirilməsi və qorunma vasitələrinin əlçatanlığı ilə bağlı idi. Lakin 2022-ci ildən etibarən bu müsbət tendensiya dəyişməyə başlayıb.

"THL" mövcud vəziyyəti nəzarətdə saxladığını və 2026-cı ilin payızında yayımlanacaq illik hesabatda daha geniş təhlil təqdim edəcəyini açıqlayıb.

Finlandiyanın Sosial İşlər və Səhiyyə Nazirliyi isə artım tendensiyasının davamlı xarakter alacağı təqdirdə müvafiq addımların atılacağını bəyan edib. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar