Sizin Reklam Burada
Xəbər lenti
10-05-2026
09-05-2026
BÜTÜN XƏBƏRLƏR

Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı

Tarix: 11-05-2026 11:39     Baxış: 324 A- / A+
Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı
Cənubi azərbaycanlı insan haqları fəalı və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi sağlamlıq durumu ilə bağlı artan narahatlıqlar fonunda bazar günü girov müqabilində həbsxanadan zaminə buraxılıb və tibbi müalicə üçün Tehrana köçürülüb.

Manevr.az
bildirir ki, qaynarinfo bu barədə France-Presse (AFP) agentliyinə istinadən xəbər verir. 

Nərgiz Məhəmmədi Fondundan bildirilib ki, o, Zəncandakı xəstəxanada 10 gün qaldıqdan sonra şərti cəza və ağır girov müqabilində azadlığa buraxılıb və təcili yardımla Tehrandakı xəstəxanaya aparılıb.

Onun tərəfdarları daha əvvəl Məhəmmədinin həbsdə olarkən iki dəfə infarkt keçirdiyini və həyatının təhlükədə olduğunu bildirmişdilər.

"Nərgiz Məhəmmədinin həyatı təhlükədədir", deyə onun həyat yoldaşı Tağı Rəhmani açıqlama verib.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisi, Azərbaycan türküdür. İranda bir sıra KİV-də işləyib.

Bir müddət əvvəl Məşhəd İnqilab Məhkəməsi Nərgiz Məhəmmədi barəsində qərar verib. Məhkəmə pnu 7,5 il azadlıqdan məhrum edib və 2 illik sürgün cəzası verib. Hüquq müdafiəçisi Cənubi Xorasanın Xosf şəhərində 2 illik sürgün həyatı keçirəcək və 2 il ölkədən çıxa bilməyəvək.

Nərgiz Məhəmmədi 2003-cü ildə Nobel Sülh mükafatına layiq görülüb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar