Sizin Reklam Burada
Xəbər lenti
12-05-2026
11-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda bu şagirdlər 14 gün MƏKTƏBƏ GETMƏYƏCƏKLƏR

Tarix: 12-05-2026 21:32     Baxış: 330 A- / A+
Bakının Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Xətai, Xəzər və Yasamal rayonlarının məktəblərində həftəsonları da nəzərə alınmaqla bu ay 14 gün dərs olmayacaq.

Adıçəkilən rayonların ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən edilib.
Bundan başqa, 7 rayonun məktəblərinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.

Adıçəkilən rayonları əhatə edən məktəblərdə mayın 15-i sonuncu dərs günü olacaq və tətildən sonra ilk dərs mayın 25-də başlayacaq.

Bununla yanaşı mayın 27-dən 31-nə kimi Qurban bayramı ilə əlaqədar olaraq daha 5 günlük tətil elan olunacaq.

Beləliklə, Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Xətai, Xəzər və Yasamal rayonlarının ümumitəhsil müəsisələrində oxuyan şagirdlər may ayında 14 gün məktəbə getməyəcəklər.

Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonlarının məktəblərinin məktəbəhazırlıq qrupları və ibtidai siniflərində təhsil alanlar da mayın 18-dən 22-dək evdə olacaqlar. V-XI siniflərində dərslər isə adı qaydada, yəni şagirdlər məktəbə getmək formasında keçiriləcək.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Bakı məktəblərində yaz tətilinin vaxtı dəyişdirilib. 1-5 may tarixləri, 18-22 may tarixləri ilə əvəzlənib. yeni sabah

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar