Sizin Reklam Burada
Xəbər lenti
12-05-2026
11-05-2026
BÜTÜN XƏBƏRLƏR

Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT

Tarix: 12-05-2026 23:06     Baxış: 434 A- / A+
Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bakıda kirayədə birlikdə qaldığı otaq yoldaşını 16 bıçaq zərbəsi ilə öldürməyə cəhddə təqsirləndirilən İbrahim Əliyevin məhkəməsi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, İbrahim Əliyev 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən müttəhimin 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İstintaqla müəyyən edilib ki, İbrahim Əliyevin əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkumluğu olub.

Onun otaq yoldaşı Cəfər Vəliyevlə aralarında mübahisə yaranıb. Nəticədə İbrahim Əliyev C.Vəliyevə 16 bıçaq zərbəsi ilə xəsarət yetirib.

Belə ki, Cəfər Vəliyev ondan idman alətlərini götürməyini istəyib və əvvəlcə bu məsələyə görə mübahisələri yaranıb. Daha sonra İbrahim Əliyev "TikTok"da uca səslə videolara baxıb. Zərərçəkmiş ondan səsi azaltmağı tələb edib və sonra təqsirləndirilən şəxsin yaxasından yapışıb.

Zərərçəkmiş Cəfər Vəliyev ona yumruq zərbələri vuranda İbrahim Əliyev də ona ardıcıl bıçaq zərbələri vurub.

Təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. azxeber.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar