Sizin Reklam Burada
Xəbər lenti
11-05-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistandakı seçkilərdə azərbaycanlı müşahidəçilər olacaq? - AÇIQLAMA

Tarix: 12-05-2026 16:42     Baxış: 316 A- / A+

Ermənistandakı seçkilərdə azərbaycanlı müşahidəçilər olacaq? - AÇIQLAMA

“Beynəlxalq müşahidəçilik institutu kifayət qədər mürəkkəb mexanizmdir. Burada müxtəlif formatlar mümkündür. Müşahidəçilər beynəlxalq təşkilatlar çərçivəsində, ikitərəfli razılaşmalar əsasında və ya vətəndaş cəmiyyəti xətti ilə iştirak edə bilərlər”.
Manevr.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
O, Azərbaycan müşahidə heyətinin Ermənistanda 7 iyun tarixində keçiriləcək seçkilərdə iştirakı ehtimalı ilə bağlı modern.az-ın sualına cavabında qeyd edib ki, hazırda iki ölkə arasında sülhə dəstək və qarşılıqlı etimadın yaranması üçün müxtəlif istiqamətlərdə proseslər gedir:
“Parlament rəhbərləri, qeyri-hökumət təşkilatları və ekspertlər səviyyəsində də təmaslar davam edir, parlament spikerləri dəfələrlə görüşüblər".
Deputat hesab edir ki, bütün bunlar bölgədə etimad mühitinin formalaşdırılmasına xidmət edir.
F.İsmayılzadə onu da nəzərə çatdırıb ki, Ermənistanda seçkilərlə bağlı müşahidə mexanizmlərinə hansı formatın tətbiq ediləcəyini indidən söyləmək çətindir:
“Bu prosesdə yalnız deputatlar deyil, bəzi hallarda Mərkəzi Seçki Komissiyalarının nümayəndələri və digər ekspertlər də iştirak edir. Hansı modelin seçiləcəyi barədə indidən konkret fikir bildirmək mümkün deyil”.
Dəyirmi masada Rusiyanın regiondakı mövqeyinə də toxunulub. Belə ki, F.İsmayılzadə qeyd edib ki, Moskva Cənubi Qafqazdakı proseslərə xüsusi əhəmiyyət verir:
“Rusiya üçün Cənubi Qafqaz strateji bölgə hesab olunur. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri də son açıqlamalarında regionun Moskva üçün həyati əhəmiyyət daşıdığını vurğulayıblar”.
O bildirib ki, Zəngəzur dəhlizi və yeni nəqliyyat marşrutları regionda tamamilə yeni reallıq yaradır:
Sonda deputat vurğulayıb ki, Ermənistanın və bütövlükdə regionun gələcəyi uğrunda ciddi siyasi mübarizə gedir:
“Bu gün Ermənistanın gələcəyi və regionun siyasi istiqaməti uğrunda böyük mübarizə aparılır. Müxtəlif qüvvələr mövcud hakimiyyətə təsir göstərməyə çalışır və təbii ki, Rusiyanın da bu prosesdə öz maraqları var”, - F.İsmayılzadə qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar