Xəbər lenti
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Rusiyada fəaliyyət göstərən sahibkar Samvel Karapetyanın sədrlik etdiyi "Güclü Ermənistan" partiyasının xeyrinə səs toplamaq məqsədilə vətəndaşlara rüşvət verən bir neçə nəfərin saxlanıldığını elan edib.
Manevr.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Komitənin rəsmi açıqlamasında qeyd olunur ki, S.Karapetyan tərəfindən yaradılmış "Bizim Yolumuza Görə" ictimai təşkilatının ofis rəhbərinin səsvermə qarşılığında seçicilərə rüşvət təklif etdiyini təsdiqləyən real dəlillər aşkar edilib.
Vurğulanır ki, seçki prosesi rəsmən elan edildikdən sonra həmin vəzifəli şəxs İrəvanda yaşayan bir seçiciyə cərrahi əməliyyat xərclərini ödəmək bəhanəsi ilə, "xeyriyyəçilik" pərdəsi altında pul verib.
Qurum faktla bağlı cinayət işinin başlandığını, əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini və bəzi şəxslərin nəzarətə alındığını bildirib. Saxlanılan şəxslərin dəqiq sayı barədə hələlik rəsmi məlumat verilmir.
Xatırladaq ki, Samvel Karapetyana məxsus siyasi partiya nümayəndələrinin adları əvvəllər də seçki rüşvəti ilə bağlı cinayət işlərində hallanıb.oxu.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































