İnklüziv və insan mərkəzli planlaşdırma gender bərabərliyinin dayanıqlı şəhər inkişafı üçün nə qədər vacib olduğunu göstərir.
Manevr.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılışı zamanı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O qeyd edib ki, qadın liderliyi ilə yanaşı, vətəndaş cəmiyyəti də icma inkişafının əsas sütunlarından biridir:
“QHT-lər və yerli təşəbbüslər siyasətlə insanların real ehtiyacları arasında əlaqə yaradır. Onlar həssas qrupları dəstəkləyir, etimadı gücləndirir və inkişafı daha inklüziv və humanist edir.
Eyni prinsip gənclərə də aiddir. Gənclərin inkişafı bizim üçün əsas prioritetlərdən biridir. Biz təhsilə, liderliyə və peşəkar inkişaf proqramlarına investisiya yatırırıq, çünki gənclər gələcək dəyişikliklərin əsas hərəkətverici qüvvəsidir.
Gənclər yalnız şəhərlərin gələcəyini miras almamalı, həmin gələcəyin formalaşmasında artıq bu gündən iştirak etməlidirlər.
WUF13-də könüllülərin fəal iştirakı bunun bariz nümunəsidir. Onların iştirakı göstərir ki, gənclər daha yaxşı şəhərlər və daha güclü icmalar qurmağa hazırdırlar”.
Xəbər lenti
Komitə sədri: Azərbaycan təhsilə, liderliyə və peşəkar inkişaf proqramlarına investisiya yatırır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































