Xəbər lenti
Rövşən Hüseynli: Prezident İlham Əliyevin inkişaf strategiyası WUF13 platformasında Azərbaycanın qlobal nüfuzunu bir daha təsdiqlədi
Rövşən HüseynliAzərbaycanın beynəlxalq nüfuzu son illərdə sürətlə artmaqda davam edir. Dünyanın siyasi, iqtisadi və humanitar platformalarında fəal iştirak edən ölkəmiz artıq qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilmişdir. Bu baxımdan Azərbaycanda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) yalnız beynəlxalq tədbir deyil, həm də ölkəmizin davamlı inkişaf, müasir şəhərsalma və postmünaqişə dövründə yenidənqurma sahəsində qazandığı uğurların beynəlxalq ictimaiyyətə təqdimatı kimi mühüm əhəmiyyət daşıyır.
Forumun Azərbaycanda keçirilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasətin nəticəsi kimi dəyərləndirilir. Bu gün Azərbaycan regional lider olmaqla yanaşı, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin də etibarlı tərəfdaşına çevrilmişdir. Dünyanın müxtəlif ölkələrindən siyasətçilərin, şəhərsalma mütəxəssislərinin, memarların və beynəlxalq təşkilat nümayəndələrinin iştirak etdiyi forum ölkəmizin artan nüfuzunun daha bir təsdiqidir.
Xüsusilə diqqət çəkən əsas məqamlardan biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin beynəlxalq müstəvidə maraqla qarşılanmasıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri artıq müasir şəhərsalma modelinin nümunəsi hesab olunur. Tamamilə dağıdılmış yaşayış məntəqələrinin qısa müddətdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulması Azərbaycanın iqtisadi gücünü, siyasi iradəsini və idarəetmə bacarığını nümayiş etdirir.
Ən mühüm məqamlardan biri isə bu layihələrin heç bir beynəlxalq maliyyə dəstəyi olmadan həyata keçirilməsidir. Dövlət büdcəsi hesabına salınan yeni kəndlər, qəsəbələr və şəhərlər müasir infrastruktur, ekoloji yanaşma və innovativ texnologiyalar əsasında qurulur. Yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar, sosial obyektlər və yaşayış kompleksləri regionun simasını tamamilə dəyişir. Bu isə postmünaqişə dövründə bərpa prosesinin dünyada nadir nümunələrindən biri hesab olunur.
Bu gün Qarabağda minlərlə fərdi yaşayış evi və çoxmərtəbəli binaların inşa olunması məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməklə yanaşı, həm də sosial rifahın yüksəldilməsinə xidmət edir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr dövlətin vətəndaş amilinə verdiyi önəmin göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Qarabağ regionu yaxın gələcəkdə Cənubi Qafqazın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.
WUF13 forumu çərçivəsində təqdim olunan layihələr və aparılan müzakirələr Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində topladığı təcrübənin beynəlxalq səviyyədə maraq doğurduğunu göstərir. Bu tədbir həm də ölkəmizin urbanizasiya, ekoloji təhlükəsizlik, yaşıl enerji və innovativ infrastruktur sahəsində həyata keçirdiyi strategiyanın beynəlxalq platformada tanınmasına mühüm töhfə verir.
Azərbaycanın belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin təhlükəsiz, sabit və etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Müasir diplomatik münasibətlər sistemi çərçivəsində ölkəmiz artıq yalnız regional təşəbbüslərin deyil, qlobal inkişaf proseslərinin də fəal iştirakçısına çevrilmişdir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələri kimi qiymətləndirilir.
Nəticə etibarilə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun, iqtisadi potensialının və müasir inkişaf modelinin dünyaya nümayişidir. Qarabağda həyata keçirilən nəhəng quruculuq layihələri isə Azərbaycanın güclü dövlət olduğunu və qarşıya qoyduğu strateji məqsədlərə uğurla nail olduğunu bir daha təsdiqləyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































