Xəbər lenti
Bu gün doktoranturaya elektron sənəd qəbulu başlayır

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.
Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.
Sözügedən xidmət sayəsində "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmuş ali təhsil müəssisələrinə, o cümlədən elmi müəssisə və təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az-da "Şəxsi kabinet" vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































