Xəbər lenti
İki asteroid Yerə yaxınlaşır - Xəbərdarlıq
Diametri təxminən 20 metr olan, ölçülərinə görə məşhur Çelyabinsk meteoritini xatırladan iki asteroid mayın 18-i və 19-da Yerə rekord dərəcədə yaxın məsafədən keçəcək. Manevr.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Söhbət 2026 KB və 2026 JH2 adlı asteroidlərdən gedir. Bildirilir ki, hər iki səma cismi Yer üçün təhlükə yaratmır. Maraqlıdır ki, asteroidlər cəmi bir neçə gün əvvəl aşkarlanıb. 2026 JH2 mayın 10-da, 2026 KB isə mayın 13-də qeydə alınıb. Alimlərin sözlərinə görə, bu cür gec aşkarlanma kosmosda iri obyektlərin Yerə yaxın ərazidə qəfil meydana çıxa bilməsini bir daha göstərir. 2026 KB asteroidi bu gün - mayın 18-də Bakı vaxtı ilə saat 19:15-də Yerə ən yaxın nöqtədən keçəcək. Onun planetimizə məsafəsi təxminən 230 min kilometr olacaq. Daha böyük hesab olunan 2026 JH2 isə Yerə daha da yaxınlaşacaq. Asteroidin planetimizdən cəmi 91 min kilometr məsafədən keçəcəyi bildirilir. Maksimum yaxınlaşmanın mayın 19-da saat 02:00-da baş verəcəyi gözlənilir. Laboratoriyadan bildirilib ki, bu, rekord yaxınlaşma sayılmasa da, 2026-cı ildə bu ölçüdə asteroid üçün ən yaxın keçidlərdən biri ola bilər.publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.png)


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































