Sizin Reklam Burada
Xəbər lenti
12-06-2026
11-06-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağdakı kəndlərdə xüsusi velosiped yolları salınır

Tarix: 19-05-2026 11:22     Baxış: 3151 A- / A+


Azad edilmiş ərazilərdə hər şeyi sıfırdan qururuq.
Manevr.az oxu.az-a istinadla xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə deyib.
O bildirib ki, mənzil yalnız sosial hüquq və ya fiziki sığınacaq deyil:
"Biz eyni zamanda onun iqtisadi fəaliyyətin hərəkətverici qüvvəsi olduğuna inanırıq. Davamlı inkişafı sosial inklüzivlik olmadan təmin etmək tamamilə mümkün deyil. Eyni zamanda biz inanırıq ki, iqtisadi imkanlar olmadan uğurlu köçürmə siyasətini həyata keçirmək də imkansızdır. Bizim yanaşmamız məhz budur və bunu burada qazandığımız təcrübə əsasında izah etmək istəyirəm. Postmünaqişə şəraitində mənzil təminatı çox vaxt insanların geri qayıdışının ilk görünən əlaməti və əhali arasında etimadın bərpasının əsasını təşkil edir. Dediyim kimi, biz hər şeyi sıfırdan qurduğumuz üçün şəhərlər, kəndlər və ağıllı kəndlər inşa edirik və onların hər biri həm sosial, həm də iqtisadi dəyər daşıyır".
V.Hacıyev vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə yollar, əsas magistrallar çəkilir:
"Bununla yanaşı, həmin kəndlərdə təhsil müəssisələrinin, səhiyyə obyektlərinin yaradılmasına, keyfiyyətli xidmətlərə çıxışın təmin olunmasına və bununla bağlı bütün məsələlərə xüsusi diqqət yetiririk. İqlim imkanlarından maksimum istifadə etməyə çalışırıq. Evlərin damlarına günəş panelləri quraşdırılır ki, bu da orada yaşayacaq insanların kommunal xərclərini əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda kəndlərdə xüsusi velosiped yolları salınır ki, insanlar məktəbə və digər məntəqələrə rahat şəkildə gedə bilsinlər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar