Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Məxməri ayrılıqlar məktubların qanını içir" - Cavid Fərzəlinin AYDANa yazdığı şeiri

Tarix: 13-06-2026 12:15     Baxış: 3338 A- / A+
Aydan Abdullayevaya
 
Sən bir mərcan daşısan.
Sapsarı tənhalığa bürünürsən,
Dəniz sənə bənzər bir sahil doğur
Küçələrin gözlərində.
Əllərin narıncı sabahlar böyüdür,
Sənsə, balaca bir ay işığının içində yaşayırsan.
Gümüşü gecənin boynundan asılırsan,
Gözlərin uzaqların ipindən yapışır uşaq kimi.

Gecənin qucağını yırğalayır yorğun qaranlıqlar.
Divarların ürəyində həsrətin rəsmləri düzülür,
Kölgənə sığınan quşlar qanadlarını qoparır,
Məxməri ayrılıqlar məktubların qanını içir,
Hər səhər günəş qırışdırır zamanın üzünü,
Göy üzü həbsxanadır mərcan buludlara,
Qapqara kitablar taleyini bıçaqlayır...

Payızın dağılmış evində
Xatirələr it sümüyüdür
Gəmirir pəncərələrin gözlərini.
Şəklinin quruyan budaqlarına bahar gəlməz daha!
Tanrı da taleyin tərəfində olur.
Sularla barışır yelkənli sabahlar,
Dalğaların beli bükülür qarşında.
Küsmə qəddar güzgülərdən...
Güzgülər daşların ovuclarında suların yaddaşıdır.
 






Cavid Fərzəli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar