Sizin Reklam Burada
Xəbər lenti
11-06-2026
10-06-2026
09-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda toylarla bağlı qayda dəyişir – Artıq belə olacaq

Tarix: 12-06-2026 08:34     Baxış: 324 A- / A+
Azərbaycanda toylarla bağlı qayda dəyişir – Artıq belə olacaq
Müğənni Tacir Şahmalıoğlunun oğlunun toyu ilə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sənətçi bildirib ki, dəvət etdiyi müəyyən şəxslər toyda iştirak etməyib. O, bəzi insanların toya gəlməyən qonaqlardan pul tələb etdiyini desə də, özü belə addım atmayacağını vurğulayıb:

Sitat: "Adam var ki, toya gəlməyənə zəng edir, deyir ki, pulu kartıma at, sənə borcum yoxdur. Mən elə edə bilmərəm”.

Toylar niyə sevinc məclisindən maliyyə hesablaşmasına çevrilir? Toya gəlməyən qonaq pul göndərməlidirmi? Yaxud artıq toylarla bağlı qaydalar dəyişir?

Sosioloq Üzeyir Şəfiyev deyib ki, toylarımız milli-mənəvi dəyərlərimizi, qədim adət-ənənələrimizi özündə birləşdirən mühüm mərasimlərdir:

"Tarixən xalqımız toy zamanı yeni ailə quran gənclərə dəstək olub, onların həyatının daha rahat başlamasına kömək göstərib. Bu dəstək bəzən maddi, bəzən isə müxtəlif hədiyyələr və digər yardımlar şəklində olub. Lakin hesab edirəm ki, bu gün toyların mahiyyəti müəyyən qədər dəyişib. Əvvəllər toy sahibi və yeni ailə quran cütlük daha çox qazanc əldə edirdisə, indi daha çox toy sənayesi ilə məşğul olanlar, şadlıq evləri və müxtəlif xidmət sahibləri qazanırlar. Hətta bəzi hallarda insanlar qonşudan və ya qohumdan geri qalmamaq üçün öz imkanlarını aşan xərclərə gedir, kredit götürür və nəticədə ciddi maliyyə problemləri ilə üzləşirlər.

Hər xalqın özünəməxsus mərasimləri olduğu kimi, Azərbaycan xalqının da toyları milli koloritimizi, adət-ənənələrimizi və mənəvi dəyərlərimizi əks etdirir. Təəssüf ki, son illər toylarımızda xarici təsirlər artıb, milli elementlər isə müəyyən qədər zəifləyib. Bəzən toylarımız milli məclisdən çox əyləncə proqramını xatırladır. Buna görə də milli xüsusiyyətlərimizi qorumaq və gələcək nəsillərə ötürmək vacibdir”.

Toylara dəstək məsələsinə gəldikdə, Üzeyir Şəfiyev hesab edir ki, toyların formatı yenidən nəzərdən keçirilməlidir:

"Elə bir model formalaşdırılmalıdır ki, əsas qazancı toy sahibi və yeni ailə quran cütlük əldə etsin. Çünki onlar yeni həyata başlayırlar və bu dəstək onların gələcək həyatının daha rahat qurulmasına xidmət etməlidir. Əlbəttə, toy xidmətləri göstərən insanların da zəhməti qiymətləndirilməlidir. Lakin əsas məqsəd toyun yeni ailəyə dayaq olmasıdır. İnsanlar verdikləri dəstəyin həqiqətən də yeni ailəyə çatdığını hiss etməlidirlər. Hazırkı vəziyyətdə isə çox zaman toy sahibləri mərasimdən sonra borclu çıxır və ya ciddi maliyyə çətinlikləri ilə qarşılaşırlar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar