Xəbər lenti
Moskvada partlayış: general Dəmir öldürüldü

Moskvada baş verən partlayış nəticəsində həlak olan şəxsin Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin rəisi, general-mayor Dəmir Davıdov olduğu bildirilir.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Dəmir Davıdov Balaşixada yaşayırdı və partlayış baş verən BMW X3 markalı avtomobil ona məxsus olub.
Bildirilir ki, general sözügedən avtomobili 2024-cü ildə Vladimir vilayətində yaşayan bir iş adamından alıb.
Rusiya mediasının məlumatına əsasən, Dəmir Davıdov Ukraynada müharibə başlayandan sonra dəfələrlə Luqansk vilayətinə səfər edib.
Partlayışın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, iyunun 9-u səhər Moskvanın Balaşixa rayonunda avtomobil partladılıb. Məlumata görə, avtomobilin oturacağının altına quraşdırılmış 300-400 qram trotil ekvivalent gücə malik partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 62 yaşlı general-leytenantın öldüyü bildirilirdi. bakupost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































