Xəbər lenti
Eldəniz Məmmədov: "30 ildir oxuyuram, bizi xalq dolandırır"

Müğənni Eldəniz Məmmədov işlə təmin olunması üçün Mədəniyyət Nazirliyinə müraciət etmədiyini bildirib.
Manevr.az bildirir ki, sənətçi bu barədə Qaynarinfo-ya açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, aidiyyəti qurumlar işsiz olmasından xəbərdardır:
"Mən niyə harasa və ya kiməsə müraciət etməliyəm? Özləri bilmir ki, Eldəniz Məmmədov heç bir yerdə işləmir? Bütün günü efirlərdə bununla bağlı danışıram. Pis çıxmasın, demək olar ki, zarıyıram. Görmürlər? Məndə o üz yoxdur ki, gedib kiməsə deyim işsizəm. Sonra da müraciət etdiyim şəxs mənə "yox" cavabı versin. İşsizliyimlə bağlı bir-iki quruma müraciət etmişəm. Bildiriblər ki, iş məsələlərinə nazirlik baxır. Amma Mədəniyyət Nazirliyinə müraciət etməmişəm. Hansı quruma üz tuturam, deyirlər ki, ixtisarlar gedir".
Eldəniz Məmmədov vaxtilə Opera və Balet Teatrına da müraciət etdiyini bildirib:
"Oradan dedilər ki, səni dəvət edəcəyik. Gözlədim, amma çağırmadılar. Üzüm gəlmədi ki, ikinci dəfə yenidən müraciət edim".
Müğənni dolanışığından da danışıb:
"Tutaq ki, iş tapdım. Elə bilirsiniz oradan 2500-3500 manat maaş alacaqdım? Uzağı 250-300 manat verəcəklər. O pulla da dolanmaq mümkün deyil. Artıq 30 ildir oxuyuram, müxtəlif tədbirlərdə çıxış edirəm. Nə yaxşı ki, xalq var. Bizi xalq dolandırır".
Qeyd edək ki, Eldəniz Məmmədov işsizlikdən şikayətlənib. Müğənni bildirib ki, bu məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etsə də, müsbət cavab ala bilməyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































