Sizin Reklam Burada
Xəbər lenti
31-05-2026
30-05-2026
BÜTÜN XƏBƏRLƏR

"Bir yol gedir" - şair Aydın Qədimoğlunun doğum gününə

Tarix: 01-06-2026 13:15     Baxış: 317 A- / A+
   Bu gün əziz və dəyərli el ağsaqqlı, gözəl insan, istedadlı şair Aydın Qədimoğlunun doğum günüdür. Aydın müəllim dünyanın halal adamıdır, bu dünyada nə qazanıbsa, öz zəhməti ilə qazanıb. Bir pedaqoq kimi neçə- neçə gənc nəslin yetişməsində fədakarlıqla çalışıb.
  Dünyanın dupduru vaxtında dünyaya göz açan nurlu siması, iti zəkasıyla onu tanıyanların qəlbində taxt quran qocaman şairimizi dünyaya gəlişi, yeni yaşı münasibətiylə ürəkdən təbrik edir, ona can sağlığı, Uca Yaradandan şəfalar diləyirəm. Doğma yurdu Laçına, elinə- obasına bağlı olan
şairimizə özünün şeirərini hədiyyə edirəm.


Hörmətlə: Nazilə Gültac
 şair, yazıçı



HƏRƏ ÖZÜ ÇƏKƏR ÖZ AĞRISINI

Heç kəs özgəsinin ağrısın duymaz,
Hərə özü çəkər öz ağrısını.
Ağrı dada minib, minnətə minib,
Kim qıyar özgəyə öz ağrısını.

Hər dərd ağrı olur, ağır olanda,
Dəhşətdr, dərd çəkən fağır olanda.
Yara dərin olub, yağır olanda,
Dərdə tabın olsun, döz ağrısına.

İnsan övladının yarası özgə,
Hər dərdin dərmanı, çarəsi özgə.
Ömürdür ağı var, qarası özgə,
Yansan da çəkirsən köz ağrısını.

Çalış günün keçsin gülən yanında,
Heç kim ölməyibdi ölən yanında.
Aydın söz biləndi, bilən yanında,
Dərman de, sağaltsın söz ağrısını.

DAŞIDIM

Dünyamızın dünya boyda dərdini,
Yumruq boyda ürəyimdə daşıdım.
Qamçısının ağrısını fələyin,
Körpəlikdən kürəyimdə daşıdım.

Əzəldən eləcə yurd sevər oldum,
Dərddən bəhrələndim, dərdsevər oldum,
Namərddən gen qaçdım, mərdsevər oldum,
Bu hikməti bələyimdə daşıdım.

Elin sevincini sevincim bildim,
Nə yersiz ağladım, nə yersiz güldüm.
Bir tikəm olanda yarıya böldüm,
Hatəmliyi çörəyimdə daşıdım.

Qadir mövlam yer üzünün pənahı,
Odur əhv eyləyən hər bir günahı.
Gələcək ünvanlı nurlu sabahı,
Şirin arzu -diləyimdə daşıdım.

Aydınam zirvədən enən sevgimi,
Dönük çıxıb üzü dönən sevgimi,
Sönən məhəbbəti, sönən sevgimi,
Qartal kimi lələyimdə daşıdım.


NƏ QALIB Kİ, QURU CANDAN SAVAYI

Getdin, can sirdaşım, pozuldu pərəm,
Nə qalıb ki, quru candan savayı,
Həyatın mənası getdi səninlə,
Axı, kimim vardı səndən savayı.

Sən idin ömrümün bir şah əsəri,
Sənsiz ta qalmayıb sözün kəsəri,
Ay dinim- imanım, müqəddəs pəri,
Nə qalıb ki, o ad- sandan savayı.

Aydınam, içimdə göynərti yaşar,
Güclə eşidilən hənirti yaşar,
Canımda o sənli günlərim yaşar,
Nə yaşaya bilər ondan savayı?!
Qurbanlıq nə deyim, candan savayı,
Başqa heç nəyim yox, ondan savayı.

Aydın Qədimoğlu

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar