Sizin Reklam Burada
Xəbər lenti
09-06-2026
08-06-2026
BÜTÜN XƏBƏRLƏR

“Məni vurdu, dedi ki, evdə desən, qiymətini kəsəcəyəm”

Tarix: 09-06-2026 23:04     Baxış: 323 A- / A+
Sosial şəbəkələrdə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə müəllimin şagirdə qarşı fiziki zorakılıq göstərdiyini əks etdirən videogörüntülər yayılıb.

Zərərçəkən şagirdin valideyni hadisənin idman dərsi zamanı fiziki tərbiyə müəllimi tərəfindən törədildiyini iddia edir.

Zərərçəkən şagird C.M. bildirib ki, hadisə futbol oyunu zamanı baş verib. Onun sözlərinə görə, komandaları rəqib üzərində qələbə qazandıqdan sonra qarşı tərəfdən bir şagird ağlamağa başlayıb. Bu zaman yanında olan dostu həmin uşağa "ağla” dediyi üçün aralarında mübahisə yaranıb və qarşı tərəf söyüş söyüb.

Şagird iddia edir ki, müəllim söyüşü kimin söydüyünü soruşarkən günah onun üzərinə atılıb. C.M.-nin sözlərinə görə, daha sonra müəllim ona qarşı fiziki zorakılıq tətbiq edib:
"Su içməyə gedəndə müəllim başıma vurdu və suyu bağladı. Sonra qapının ağzında dayananda mənə şillə vurdu. Qaçmaq istəyəndə isə daha iki dəfə şillə vurdu. Dostlarımın arxasında gizləndim. Müəllim gəlib onları da itələdi. Mənə dedi ki, paltarlarını dəyişib get, evdə kiməsə nəsə desən, qiymətlərini aşağı salacağam”.

Hadisə ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, aparılan ilkin araşdırma zamanı müəllim tərəfindən "Təhsilverənlərin etik davranış qaydaları”nın pozulduğu müəyyən edilib.

Qurumun açıqlamasında qeyd olunub ki, bu səbəbdən müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda, hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Məlumata görə, polis bölməsində insidentdə adı hallanan müəllimin və valideynlərin iştirakı ilə şagirdin izahatı alınıb. Şagirdin aldığı xəsarətlərin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar