Xəbər lenti
Təyyarədə nasazlıq, Papa kralın təyyarəsi ilə Romaya uçdu

Roma Papası XIV Lev ilkin reysində yaranan texniki nasazlıq səbəbindən Vatikana İspaniya kralı VI Felipeyə məxsus təyyarə ilə qayıdıb.
Manevr.az xəbər verir ki, "Reuters"in məlumatına görə, hadisə papanın İspaniyaya etdiyi bir həftəlik səfərin sonunda, Tenerife adasında baş verib.
Məlumata görə, ekipaj təyyarədə texniki problem yarandığını və onun qısa müddətdə aradan qaldırıla bilməyəcəyini bildirib.
Bundan sonra İspaniya hakimiyyəti alternativ uçuş təşkil edib. Papa və nümayəndə heyətinin bir hissəsi üçün kral sarayının istifadəsində olan İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ayrılıb.
İspaniya hökumətindən verilən açıqlamada bildirilib ki, kralın istifadə etdiyi hərbi təyyarə Papa və onu müşayiət edən nümayəndə heyətini Romaya çatdıracaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























