Sizin Reklam Burada
Xəbər lenti
12-06-2026
11-06-2026
10-06-2026
BÜTÜN XƏBƏRLƏR

Nəzrin Atakişiyeva: "Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur" - Şəkillər

Tarix: 12-06-2026 22:46     Baxış: 325 A- / A+
"Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürur və məsuliyyətdir".

Bunu Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin məzunu Nəzrin Atakişiyeva deyib.

Azad Kəlbəcərin ilk məzunu olan Nəzrin sinfin yeganə şagirdi olsa da, özünü heç vaxt tək hiss etmədiyini, hər zaman müəllimlərin və məktəb kollektivinin böyük sevgisi ilə əhatə olunduğunu bildirib. O, bu gün həm də Kəlbəcərin dirçəlişini və gələcəyinə olan inamı təmsil etdiyini vurğulayıb.

"Mən çox şanslıyam ki, Kəlbəcərin ilk məzunu kimi yaddaşlarda qalacağam. Məktəbdə keçirdiyim bu bir il mənə doğma yurdumda oxumağın dəyərini və Vətən sevgisinin əsl mənasını yaşatdı", - deyə Nəzrin bildirib.

Qeyd edək ki, sabah azad Kəlbəcərdə ilk dəfə "Son zəng" tədbiri keçiriləcək. Nəzrin Atakişiyeva Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin ilk və tək məzunudur. azətac 

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar