Sizin Reklam Burada
Xəbər lenti
19-05-2026
18-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər üçün viza ləğv edildi

Tarix: 19-05-2026 19:44     Baxış: 329 A- / A+


Xarici İşlər naziri Ceyhun Bayramov Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Möhyəddin Salim Əhməd İbrahimlə onun Azərbaycana səfəri zamanı görüşüb.
Manevr.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.
Nazirlər Azərbaycan–Sudan münasibətlərinin cari gündəliyini, o cümlədən siyasi, iqtisadi, humanitar, təhsil, enerji, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsində intensivləşdirilmiş siyasi dialoqun, qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin əhəmiyyətini vurğulayıblar. Beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək də diqqətə çatdırılıb.
C.Bayramov Sudan tərəfini Azərbaycanın münaqişədən sonrakı dövrdə genişmiqyaslı bərpa və minalardan təmizləmə işləri, həmçinin regional əlaqəlilik və nəqliyyat təşəbbüsləri barədə məlumatlandırıb.
Sudan Azərbaycanın dövlət idarəçiliyi, ASAN xidməti, rəqəmsal inkişaf və infrastruktur quruculuğu sahəsindəki təcrübəsinə maraq göstərib, eyni zamanda sudanlı tələbələr üçün ayrılmış təhsil təqaüdlərinə görə minnətdarlığını ifadə edib.
Səfər çərçivəsində Azərbaycan və Sudan hökumətləri arasında Diplomatik pasport sahibləri üçün qarşılıqlı viza tələbinin ləğvi haqqında Saziş imzalanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar