"Yeni "Stadler" vaqonlarında sərnişinlərin rahatlığı üçün bir sıra imkanlar nəzərdə tutulub. Kupelərdə qapılar kart sistemi ilə çalışır. Kupelər fərdi tənzimlənən temperatur və işıqlandırma sistemi, kartla idarə olunan qapılar, bələdçi ilə əlaqə düyməsi və səs izolyasiyası ilə təmin olunub".
Manevr.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov APA-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, hər kupedə şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, dörd dildə məzmunun təqdim edildiyi TV monitor, pult və qulaqlıq yerləri mövcuddur:
"Sərnişinlərə həmçinin təmiz yataq dəsti və səfər paketi, duş kabinəsi, multimedia və internet xidmətləri də təqdim olunur. Bu da marşrutu klassik dəmir yolu səfərindən daha çox komfortlu gecə səyahəti formatına çevirir.
Yeni istismara veriləcək qatarlarda da hər kəs üçün maneəsiz səyahət imkanının yaradılmasına xüsusi diqqət olunub və hərəkət məhdudiyyətli şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif edilir, onların rahat hərəkətinin təminatı baxımından komfort sinifli vaqonda 1 geniş kupe ayrılıb. Burada hərəkət məhdudiyyəti olan sərnişin və onu müşayiət edən şəxs səfər edə bilər. Ehtiyac zamanı personalla əlaqə üçün çağrı düyməsi quraşdırılıb. Qatara araba ilə sərbəst minib-düşmək üçün xüsusi pandus və geniş qapı quraşdırılıb".
Xəbər lenti
Bakı-Tbilisi qatarı internetlə təchiz olunub

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































