Növbəti tədris ilində Qarabağ Universitetində iki yeni fakültə açılacaq.
Xəbər lenti
Qarabağ Universiteti iki yeni fakültə açılacaq

Manevr.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bu barədə Qarabağ Universitetinin Tədqiqat və İnnovasiyalar Mərkəzinin baş mütəxəssisi dosent Pərvin Ahənçi məlumat verib.
O bildirib ki, yeni açılacaq Riyaziyyat və İT elmləri və Təbiət elmləri fakültələrinə bu ildən etibarən tələbə qəbulu aparılacaq.
Riyaziyyat və İT elmləri fakültəsində "İnformasiya təhlükəsizliyi", "Data analitikası", "Riyaziyyat", "Kompüter mühəndisliyi" ixtisasları, Təbiət elmləri fakültəsində isə "Biologiya" və "Kimya" ixtisasları üzrə tələbə qəbulu həyata keçiriləcək.
Həmçinin qeyd edilib ki, Qarabağ Universiteti və İstanbul Texniki Universiteti (İTU) arasında ikili diplom proqramının icrasına başlanması nəzərdə tutulur. Bu proqram çərçivəsində "Ekologiya mühəndisliyi", "Kimya mühəndisliyi", "Mexanika mühəndisliyi", "Elektrik və elektronika mühəndisliyi", "İnşaat mühəndisliyi", "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi", "Mexatronika və robototexnika mühəndisliyi" ixtisasları üzrə ikili diplom proqramı reallaşacaq.
P.Ahənçi qeyd edib ki, icrasına sentyabr ayında start verilməsi nəzərdə tutulan bu proqrama İTU-dan da xarici mütəxəssis və müəllimlərin cəlb olunması planlaşdırılır.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar