Xəbər lenti
26 mindən çox avtomobil istismardan çıxarılıb

Azərbaycanda tullantıların idarə olunması sahəsində mühüm layihələr həyata keçirilib.
Manevr.az xəbər verir ki, bunu "Təmiz Şəhər"in İdarə Heyətinin sədri Etibar Abbasov WUF13 çərçivəsində “Tullantıların idarə edilməsinin dövri iqtisadiyyata doğru inkişaf etdirilməsi” adlı xüsusi sessiyada deyib.O bildirib ki, Azərbaycanda tullantıların düzgün idarə olunması və şəhər mühitinin qorunması istiqamətində son illərdə bir sıra mühüm layihələr icra olunub. Bildirilib ki, “Təmiz Şəhər” 2008-ci ildə Prezidentin Sərəncamı ilə yaradılıb və əsas fəaliyyət istiqaməti Bakı şəhəri və Abşeron yarımadasında tullantıların idarə olunmasının təkmilləşdirilməsi olub.
Çıxış zamanı vurğulanıb ki, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında müqavilə imzalanıb və layihə çərçivəsində Bakıda hazırda fəaliyyət göstərən, 120 hektar ərazini əhatə edən iri tullantı idarəetmə sahəsi yaradılıb. Eyni zamanda, layihə çərçivəsində Azərbaycan üçün tullantıların idarə olunması strategiyası hazırlanıb. 2009-cu ildə isə Bakıda Şərqi Avropada emal gücünə görə ən böyük tullantı yandırma zavodlarından biri inşa edilib. Zavodun illik emal gücünün yüz minlərlə ton olduğu qeyd edilib və müəssisənin enerji istehsalı imkanlarının da nəzərə alındığı bildirilib. Bununla bərabər, istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası layihəsinin artıq iki ildən çoxdur icra edildiyi qeyd olunub. Layihə çərçivəsində 26 mindən artıq yararsız avtomobil dövriyyədən çıxarılıb.
Bildirilib ki, avtomobillərini təhvil verən vətəndaşlara yeni nəqliyyat vasitəsi alarkən güzəştlər təqdim olunur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































