Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq bir sıra hallarda əlillik müddətsiz təyin edilir.
Manevr.az xəbər verir ki, bu barədə DOST TV-nin efirində yayımlanan “Sosial saat” verilişində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdirinin müavini İlkin Yusifov məlumat verib.
O bildirib ki, geri dönməz proseslər olduqda, müəyyən anatomik və ya psixi pozuntu hallarında əlillik birbaşa müddətsiz təyin olunur. Həmin Qərarla təsdiqlənmiş meyarlara əsasən 300-ə yaxın halda əlillik müddətsiz təyin olunur.
Həmçinin Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən orqanizmin funksiyalarının pozulması 81-100 faiz aralığında (I dərəcə) ardıcıl olaraq 4 il, 61-80 faiz aralığında (II dərəcə) ardıcıl olaraq 10 il və 31-60 faiz aralığında (III dərəcə) ardıcıl olaraq 15 il müddətində müəyyən olunduğu halda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
Bundan başqa, qanunvericiliyə əsasən pensiya yaşına çatmasına görə sosial ödəniş almaq hüququ olan şəxslərə də əlillik müddətsiz təyin olunur.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































