Xəbər lenti
"Ən böyük arzum neft mühəndisi olmaq idi"

Xalq artisti Teyyub Aslanov ən böyük arzusundan danışıb.
Manevr.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi uşaqlıqdan neft mühəndisi olmaq istədiyini bildirib:
"Orta məktəbdə oxuyanda ən böyük arzum neft mühəndisi olmaq idi. Rəhmətlik atam da çox yaxşı neft mühəndisi idi. İki il neft sahəsində çalışmışam. Amma uşaq vaxtımdan musiqi ilə məşğul olurdum. 5 yaşımda atam mənə qaval almışdı. Həmin dövrün məşhur mahnılarını oxuyurdum. Qavalda da öz bildiyim kimi çalırdım.
7 yaşımda məni imtahan etdilər və dedilər ki, bu uşağın yaxşı istedadı var. Sonra nağara sinfinə getdim və oranı bitirdim. Daha sonra evdə qarmon var idi, onu da özüm ifa etməyi öyrəndim.
Bundan əlavə, şahmatla da məşğul olmuşdum, birinci dərəcəm var idi. O dövrdə tanınmış azərbaycanlı şahmatçıların hamısı ilə oynamışam. Hətta futbola da getmişəm"./axşam.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































