Xəbər lenti
Britaniya radiosu səhvən Kral III Çarlzın ölümünü elan etdi

Böyük Britaniyanın "Radio Caroline” radiostansiyası texniki nasazlıq səbəbindən səhvən Kral III Çarlzın öldüyü barədə elan yayımlayıb.
BBC xəbər verir ki, hadisə çərşənbə axşamı günorta saatlarında baş verib. Radiostansiyanın rəhbəri Piter Mur bildirib ki, əsas studiya sistemində yaranan problem nəticəsində təsadüfən "monarxın ölümü proseduru” aktivləşib.
Qeyd olunur ki, Böyük Britaniyada fəaliyyət göstərən yayım qurumları fövqəladə hallar üçün əvvəlcədən xüsusi protokollar hazırlayır. Texniki nasazlıq nəticəsində sistem avtomatik olaraq kralın ölümünə dair mesaj yayımlayıb.
Bundan sonra radiostansiyanın yayımı qısa müddətlik dayandırılıb. Daha sonra efir bərpa edilib və dinləyicilərdən üzr istənilib.
"Radio Caroline” yayımladığı açıqlamada hadisədən təəssüf hissi keçirdiyini bildirərək həm Kral III Çarlzdan, həm də dinləyicilərdən mümkün emosional təsirlərə görə üzr istəyib.
Hadisə kralın Şimali İrlandiyaya rəsmi səfəri zamanı baş verib. Kral III Çarlz və Kraliça Kamilla Belfast və digər şəhərlərdə müxtəlif ictimai tədbirlərdə iştirak ediblər.
1964-cü ildə yaradılan və Esseks qraflığının Maldon şəhərində yerləşən "Radio Caroline” vaxtilə pirat radiostansiya kimi fəaliyyət göstərməsi ilə tanınır.
Xatırladaq ki, martın 18-də Rusiya mediasında da Kral III Çarlzın öldüyü barədə saxta xəbərlər yayılmışdı. Bir sıra saytlar onun guya xərçəng xəstəliyi səbəbindən 76 yaşında vəfat etdiyini iddia etmişdi.
Rusiya mediası xəbərlərə Bukingem sarayının saxta açıqlamasının görüntüsünü də əlavə etmişdi. Lakin kralın ölümü ilə bağlı nə sarayın rəsmi səhifələrində, nə də beynəlxalq mediada hər hansı məlumat yer almamışdı.
Bundan bir gün sonra Kral III Çarlz ictimaiyyət qarşısına çıxaraq yayılan xəbərlərin yalan olduğunu dolayısı ilə təsdiqləmişdi.qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































