Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Həbs qərarı verilən Serenay Sarıkayadan ilk açıqlama

Tarix: 22-05-2026 10:18     Baxış: 3182 A- / A+

Xəbər verdiyimiz kimi, İstanbulda məşhur simaları hədəf alan genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində aralarında aktrisa Serenay Sarıkaya olmaqla 25 nəfər haqqında həbs qərarı verilib.
Manevr.az xəbər verir ki, aparılan istintaq çərçivəsində İstanbul və Muğlada eyni vaxtda əməliyyat keçirilib. İstanbul Vilayət Jandarma Komandanlığının əməkdaşları Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar daxil olmaqla ümumilikdə 25 ünvanda axtarış aparıb.
İstintaq materiallarında bəzi məşhur şəxslərin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələrin yarandığı bildirilib. 
Hazırda xaricdə olduğu bildirilən Serenay Sarıkaya sosial media hesabında paylaşım edərək ən qısa zamanda Türkiyəyə qayıdacağını açıqlayıb:
"Xəbəri uzun müddətdir planlaşdırdığım xaric səfərində olarkən aldım. Ən qısa zamanda ölkəmə qayıdıb bütün lazımi prosedurları yerinə yetirəcəyəm."
Sarıkayanın paylaşımı qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Əməliyyat çərçivəsində nəzarətə götürülən şəxslər arasında aşağıdakı tanınmış simalar da var:

Feyza Civelek
Onur Tuna
Berkay Şahin
Volkan Bahçekapılı
Aslıhan Turanlı

İstintaqın davam etdiyi, əməliyyat zamanı əldə edilən rəqəmsal materialların və evlərdə aşkarlanan bəzi tapıntıların ekspertiza üçün araşdırıldığı bildirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar