Xəbər lenti
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.Manevr.az xəbər verir ki, məktubda qeyd olunub:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edən Türkmənistan-Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığının yüksək səviyyəsini böyük məmnunluqla qeyd edirəm. Qəti əminəm ki, münasibətlərimiz iki qardaş xalqın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti vəzifənizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı rifah arzulayıram".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































