Sizin Reklam Burada
Xəbər lenti
25-05-2026
24-05-2026
BÜTÜN XƏBƏRLƏR

Hansı duzdan istifadə edək? - Həkim xəbərdarlıq edir

Tarix: 26-05-2026 09:04     Baxış: 319 A- / A+
Hansı duzdan istifadə edək? - Həkim xəbərdarlıq edir
Tiroid xəstəliklərinin sürətlə yayılması mütəxəssisləri narahat edir. Xüsusilə son illər dəbə çevrilən Himalay duzunun həddindən artıq istifadəsinin sağlamlıq üçün risk yarada biləcəyi bildirilir. Mütəxəssislər yod çatışmazlığının tiroid problemlərinin əsas səbəblərindən biri olduğunu vurğulayaraq, yodlu duz istifadəsinin vacibliyini önə çəkirlər.

"25 May Dünya Tiroid Günü” münasibətilə açıqlama verən Türkiyə Endokrinologiya və Metabolizm Dərnəyinin (TEMD) Tiroid Xəstəlikləri Qrupu üzvü Sibel Ertek Yalçın Himalay duzu ilə bağlı xəbərdarlıq edib

Professor qeyd edib ki, qadınlarda süd vəzi xərçəngindən sonra ən çox rast gəlinən ikinci xərçəng növü məhz tiroid xərçəngidir.

Yodu süfrənizdən əskik etməyin

Professorun sözlərinə görə, tiroid vəzinin fəaliyyət pozuntuları sonsuzluğa, həmçinin ana bətnindəki körpənin və uşaqların fiziki və zehni inkişafına təsir göstərə bilər. Buna görə də hamiləlik və südvermə dövründə həkim nəzarəti ilə yod dəstəyi qəbul edilməsi, uşaqların, böyüklərin və yaşlıların istifadə etdiyi süfrə duzunun yodlu olması çox vacibdir.

Tünd rəngli duzqabı istifadə edin

Professor son dövrlər dəbdə olan yodsuz Himalay duzunun həddindən artıq istifadəsinin düzgün olmadığını vurğulayıb.

O bildirirb ki, yodlu duzun ağzı bağlı və günəş işığından qorunan tünd rəngli duzqablarda saxlanılması, yeməyə bişmə zamanı deyil, bişdikdən sonra əlavə edilməsi ən düzgün istifadə üsuludur. Yodlu duzdan istifadə zob və tiroid düyünlərinin yayılma tezliyini azaldır.

Professor tiroid xəstəliklərinin əsas əlamətlərini də sadalayıb. Tiroid vəzinin zəif işləməsi halsızlıq, yorğunluq, qəbizlik, dəridə kobudlaşma, şişkinlik və çəki verə bilməmə kimi əlamətlər yarada bilər. Vəzin həddindən artıq işləməsi isə ürəkdöyünmə, çəki itkisi, ishal və həddindən artıq tərləmə ilə müşayiət oluna bilər.

Ailəsində tiroid xəstəliyi olanlar və boyun nahiyəsinə radiasiya təsiri yaşamış şəxslər endokrinoloq nəzarətində olmalıdır. Boyunda şişkinlik və ya hiss olunan kütlə tiroid düyünü və ya zob əlaməti ola bilər. Bəzən isə tiroid vəzi daxilə və ya aşağıya doğru böyüdüyü üçün xəstə bunu hiss etməyə bilər. Bu səbəbdən endokrinoloq tərəfindən boyun müayinəsinin aparılması məqsədəuyğundur.qaynarinfo.az
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar