Sizin Reklam Burada
Xəbər lenti
26-05-2026
BÜTÜN XƏBƏRLƏR

Hazif Hacıyev imkanlı şəxslərdən qurban payı istədi: İmkanım yoxdur

Tarix: 27-05-2026 15:44     Baxış: 323 A- / A+
Hazif Hacıyev imkanlı şəxslərdən qurban payı istədi: İmkanım yoxdur“Qurban bayramı ilə bağlı hansı addımların atılmalı olduğunu bilirik. Amma imkanımız olmadığı üçün bunu edə bilmirik”.
Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri bildirib ki, hazırkı maddi vəziyyətləri qurban kəsməyə və ehtiyacı olan ailələrə pay paylamağa imkan vermir:
“Düşünürəm ki, qurban paylamağa imkanımız yoxdur. Kim bizə qurban payı verərsə, Allah qəbul etsin. Elə bir imkanımız yoxdur ki, bayram günü hansısa yazığın, illərlə ət üzünə həsrət qalan insanların ehtiyacını ödəyək”.
Hafiz Hacıyev qeyd edib ki, ölkədə ətin qiymətinin bahalaşması da vəziyyəti çətinləşdirib:
“Heyvan əti 22 manata qalxıb. Xoşagələn olmazdı əgər gedib kimdənsə borc alaraq, qurbanlıq paylayaq. Çox təəssüf edirik ki, imkanımız çatmır və xalqımıza bu xidməti göstərə bilmirik”.
O, imkanlı şəxslərə çağırış edərək ehtiyacı olan ailələrin unudulmamasını istəyib:
“İmkanlı adamlardan xahişimiz budur ki, neçə illərdir ət üzü görməyən insanlara Qurban bayramında kömək etsinlər. Heç olmasa onların da qazanından ət iyi gəlsin. Bu, Allaha da xoş gedər, onların qurbanı da qəbul olar”.
Sonda Hafiz Hacıyev bütün Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib:
“Hər kəsə can sağlığı, uzun ömür arzulayıram. Həyatımızı necə varsa, elə də başa vurub gedəcəyik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar