Sizin Reklam Burada
Xəbər lenti
26-05-2026
25-05-2026
BÜTÜN XƏBƏRLƏR

Ukraynada şəhər meri rüşvətə görə saxlanıldı

Tarix: 26-05-2026 22:50     Baxış: 324 A- / A+
Ukraynanın Odessa vilayətində şəhərlərdən birinin meri saxlanılıb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) "Telegram" kanalında məlumat yayıb.

"Vəzifəli şəxs xarici investisiyalı şirkətin nümayəndəsindən 35 min ABŞ dolları məbləğində qanunsuz qazanc əldə etməyə cəhd göstərib. Bu məbləğ qarşılığında mer beynəlxalq podratçılara liman şəhərində külək elektrik stansiyasının tikintisi üçün icazə sənədlərinin maneəsiz şəkildə razılaşdırılacağını vəd edib", - deyə məlumatda vurğulanıb.

UTX əməkdaşları şəhər merinin cinayət fəaliyyətini sənədləşdirib və onu pulu alarkən yaxalayıblar.

Vəzifəli şəxsə qarşı xüsusilə məsuliyyətli vəzifə tutan şəxs tərəfindən qanunsuz qazanc təklifinin, vədinin qəbul edilməsi və ya əldə edilməsi maddəsi ilə ittiham irəli sürülüb. Onu əmlakı müsadirə olunmaqla 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Həmçinin onun barəsində qətimkan tədbirinin seçilməsi və tutduğu vəzifədən kənarlaşdırılması məsələsinə baxılacaq.

Öz növbəsində, "Dumskaya" nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirib ki, söhbət Kiliya şəhərinin meri Vyaçeslav Çernyavskidən gedir. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar