Sizin Reklam Burada
Xəbər lenti
26-05-2026
25-05-2026
BÜTÜN XƏBƏRLƏR

“4 ay su içmədi, indi isə…” – Yanğından sağ çıxan Ləmandan xəbər var

Tarix: 26-05-2026 22:34     Baxış: 327 A- / A+
“4 ay su içmədi, indi isə…” – Yanğından sağ çıxan Ləmandan xəbər var
"Ləman hazırda İstanbulda yerləşən "Acıbadem Atakent Hastanesi” xəstəxanasında ağır və həyati təhlükəli müalicə prosesi keçir. Biz 19 mart tarixindən etibarən buradayıq və aylardır davam edən çətin mübarizənin içindəyik”.

Yasamalda baş verən yanğında xəsarət almış Ləman Qulamovanın xalası bildirib ki, Ləmanın vəziyyəti ağır olaraq qalır:

"Fevral ayında "Yeni Klinika”da Ləmanın qida borusu ilə traxeyası arasında 6 sm ölçüdə fistul (yırtıq) aşkar olundu. Bu, son dərəcə riskli və həyati təhlükə yaradan bir vəziyyət idi.Dərhal açıq əməliyyat həyata keçirildi. Əməliyyatdan sonra 1 ay gözləmə müddəti tamamlandıqdan sonra kontrastlı rentgen müayinəsi edildi. Təəssüf ki, yara tam bitişməmiş, kiçik dəliklər qalmaqda davam etmişdi.

Bu müddət ərzində Ləmana düz 4 ay boyunca nə su, nə də qida verildi. Bunun əsas səbəbi həmin dəliklərdən keçən axıntının ağciyərlərə dolaraq ağır pnevmoniya yaratma riskinin qarşısını almaq idi.
Vəziyyətin daha da ağırlaşmaması və endoskopik müdaxilə imkanlarının dəyərləndirilməsi üçün təcili şəkildə Türkiyəyə gətirildi.

Burada həkimlərin qərarı ilə traxeya nahiyəsinə stent yerləşdirildi və yaraların sağalması üçün 6 həftə gözlənildi. 23 may tarixində stent çıxarıldıqdan sonra aparılan müayinədə traxeya girişində hələ də 5 mm ölçüdə dəliyin qaldığı məlum oldu”.
2000-ci il təvəllüdlü L.Qulamova ötən gün yenidən əməliyyat olunub:

"Dünən Ləmana yenidən traxeya stenti taxıldı. Hazırda həkimlər iki fərqli müalicə yolu üzərində müzakirələr aparırlar: 2 həftə sonra selikli qişa toxumasının köçürülməsi əməliyyatı, və ya xaricdən xüsusi sifarişlə gətiriləcək ömürlük xüsusi stentin yerləşdirilməsi.

Aylarla davam edən bu ağır mübarizə həm fiziki, həm də mənəvi baxımdan çox çətin keçir. Buna baxmayaraq, Ləman yaşamaq uğrunda böyük güclə mübarizə aparmağa davam edir.
Dualarınıza və dəstəyinizə çox ehtiyacımız var”.

Qeyd edək ki, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər ölüb. Onlardan biri Bakı Milli Geyim Evinin rəhbəri, 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızıdır (Könül Vəlibəyli).

Onun qızı Ləman da kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, uzun müddət Bakıda müalicə aldıqdan sonra Türkiyəyə aparılıb. yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar