Xəbər lenti
Səməd Vurğunun maşını Bakıya gətirildi - FOTO

Xalq şairi Səməd Vurğunun 1975-ci ildən qarajda istifadəyə yararsız halda saxlanılan avtomobili illər sonra bərpa edilərək Bakıya gətirilib.
Manevr.az İTV-yə istinadən xəbər verir ki, avtomobil Səməd Vurğunun 120 illik yubileyinə həsr olunaraq bərpa edilib.
Qazaxlı professor İlham Pirməmmədov bildirib ki, bu məsələni Səməd Vurğunun gəlini Nüşabə xanım qaldırıb: "Ağlıma gəlməzdi ki, Səməd Vurğunun 1950-ci ildə aldığı və sadəcə 5 il istifadə edə bildiyi bu maşında mən otura bilərəm. Bu, həyatımda yaddan çıxmayan günlərdən biri olacaq. Bir neçə il bundan əvvəl Səməd Vurğunun gəlini, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım məsələ qaldırdı ki, vaxtilə Xalq şairinin "Pobeda" maşını olub və onu Gürcüstanda qoyub. Bundan sonra Gürcüstandakı səfirimiz Faiq Quliyev proseslərə qoşulub.
Məlum olub ki, Səməd Vurğun 1955-ci ildə Gürcüstanda olarkən xəstəliyini hiss etdiyi üçün maşınını xalası oğluna bağışlayıb. Şairin vəfatından sonra isə bu fakt uzun illər diqqətdən kənarda qalıb. Maşının texniki pasportunda da Səməd Vurğunun adı yazılıb".
Qeyd edək ki, sözügedən avtomobil şairin təhsil aldığı Müəllimlər Seminariyasının Qazax filialının ADA korpusunda yerləşən mərkəzinə veriləcək.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































