Xəbər lenti
28 May - Müstəqillik Günü milli azadlıq idealları və şanlı tariximizin zəfər zirvəsidir - Tural Vəlizadə yazır
Tural Akif oğlu Vəlizadə MMU tabeliyində Bakı Hərbi Kolleci və
Bakı Qızlar Universitetinin müəllimi
Bakı Dövlət Universitetinin doktorantı
Müstəqillik hər bir xalqın sahib ola biləcəyi ən ali mənəvi, siyasi və strateji sərvətdir. Dünya tarixinə nəzər saldıqda görürük ki, müasir beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri öz dövlətçilik ənənələrini məhz müstəqillik günləri ilə simvolizə edirlər. Məsələn, Amerika Birləşmiş Ştatları hər il 4 iyul tarixlərində Britaniya imperiyasından ayrılaraq azad bəyanat yaydıqları İstiqlaliyyət Bəyannaməsinin imzalandığı günü (1776) milli qürurla qeyd edir. Fransa xalqı üçün 14 iyul Bastiliyanın alınması günü mütləqiyyətdən azadlığa keçidin simvoludur. Həmçinin, qardaş Türkiyə Cümhuriyyəti 29 oktyabr Cümhuriyyət Gününü çoxəsrlik dövlətçilik irsinin müasir və sarsılmaz forması kimi bayram edir. Dünyanın hər bir coğrafiyasında müstəqillik günləri millətlərin öz müqəddəratını təyin etmək iradəsinin rəsmi nümayişidir.
Azərbaycan xalqı üçün də 28 May tarixi təqvimi sadəcə bir istirahət günü deyil, milli mənlik şüurunun, azadlıq eşqinin və dövlətçilik intibahının ən parlaq səhifəsidir. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsinin elan edilməsi ilə Şərqdə və müsəlman dünyasında ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Beləliklə, İslam dünyasında və Şərqdə ilk dəfə olaraq monarxiya deyil, xalq seçiminə əsaslanan demokratik, parlamentli və dünyəvi dövlət modeli quruldu. Cümhuriyyətin qurulması çoxəsrlik dövlətçilik tariximizə keyfiyyətcə yeni, demokratik və dünyəvi bir idarəetmə modeli yaşatdı. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC xalqımızın yaddaşına milli rəmzlərimizi, ana dilinin dövlət dili elan olunmasını, milli ordunun qurulmasını və Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi kimi mütərəqqi addımları həkk etdi. 1919-cu ildə qəbul edilən qanunla qadınlara seçmək və seçilmək hüququ tanındı ki, bu ilk, ABŞ, Fransa və İtaliya kimi bir çox Qərb dövlətlərindən daha tez reallaşdırıldı.26 iyun 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə dövlətin ilk nizami, peşəkar hərbi qüvvələrinin təməli qoyuldu.
27 iyun 1918-ci il tarixli qərarla Azərbaycan (türk) dili ölkənin rəsmi dövlət dili elan edildi. Bu, milli kimliyin dövlət səviyyəsində ilk rəsmi təsdiqi idi.
İlk dəfə üçrəngli milli bayrağımız, dövlət gerbimiz qəbul olundu və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsə bərabər hüquqlu “Azərbaycan vətəndaşı” statusu verildi.1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edilməsi ilə Azərbaycanda ilk müasir tipli milli universitet quruldu və ali təhsilin təməli qoyuldu.
Cümhuriyyətin qurulması və onun buraxdığı zəngin irs, XX əsrin sonunda respublikamızın öz müstəqilliyini yenidən bərpa etməsi üçün mənəvi və hüquqi bünövrə oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan bu müstəqilliyi itirmək təhlükəsindən xilas oldu, dövlətimiz xaosdan çıxaraq dayanıqlı inkişaf və güclü ordu quruculuğu mərhələsinə qədəm qoydu.
Bu gün isə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası öz müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşayır. Şanlı Ordumuzun qazandığı tarixi Zəfər sayəsində 28 May - Müstəqillik Gününü artıq dördüncü ildir ki, suverenliyini bütün ölkə ərazisində tam təmin etmiş bütöv və qalib dövlət kimi qeyd edirik. Cümhuriyyət qurucularının rəsmiləşdirdiyi müstəqillik idealları bu gün Bakıdan Şuşaya, Xankəndidən Laçına qədər dalğalanan üçrəngli bayrağımızın əzəmətində real təcəssümünü tapıb. Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır! Bir kərə yüksələn bayraq, bir daha enməz!Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































