Sizin Reklam Burada
Xəbər lenti
26-05-2026
BÜTÜN XƏBƏRLƏR

Süni intellekt reytinqi açıqlandı - Azərbaycan neçəncidir?

Tarix: 27-05-2026 15:21     Baxış: 319 A- / A+
Süni intellekt reytinqi açıqlandı - Azərbaycan neçəncidir?

2026-cı ilin ilk rübü üzrə süni intellektdən istifadəyə dair ölkələrin reytinqi açıqlanıb.

Manevr.az xəbər verir ki, hesabat Microsoft AI Economy Institute tərəfindən hazırlanıb və dərc edilib.

Araşdırmada investisiya həcmi, startap sayı və ya data mərkəzlərinin gücü deyil, əmək qabiliyyətli əhalinin generativ süni intellektdən real istifadə səviyyəsi əsas götürülüb.

Reytinqdə Azərbaycan 17,7 faiz göstərici ilə 62-ci yerdə qərarlaşıb. Gürcüstan 20,5 faizlə 54-cü, Türkiyə 17,4 faizlə 65-ci, Qazaxıstan 15,9 faizlə 70-ci pillədə yer alıb.

Siyahıda Ermənistan 7,4 faizlə 139-cu, Rusiya 9,5 faizlə 117-ci, Ukrayna isə 9 faiz göstərici ilə 118-ci sırada qərarlaşıb. İran isə 12,6 faizlə 85-ci yeri tutub.

Reytinqə Birləşmiş Ərəb Əmirlikləri liderlik edir. Ölkədə əmək qabiliyyətli əhalinin 70,1 faizi süni intellektdən aktiv istifadə edir.

Sonrakı pillələrdə Sinqapur (63,4%), Norveç (48,4%), İrlandiya (48,4%), Fransa (47,8%) və İspaniya (44,8%) qərarlaşıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar