Xəbər lenti
Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
.png)
Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Asəf Hacı oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.
Manevr.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, bu gün Asəf Hacıyevin 75 yaşı tamam olur. O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, fizika-riyaziyyat elmləri doktoru və professor, həmçinin AMEA-nın həqiqi üzvüdür. Görkəmli alim eyni zamanda Moldova, Monqolustan və Ümumdünya elmlər akademiyalarının üzvü olmaqla beynəlxalq elmi müstəvidə böyük nüfuza malikdir. A.Hacıyev elmi yaradıcılığı ilə yanaşı, uzun illər Bakı Dövlət Universitetində kafedra müdiri kimi pedaqoji fəaliyyət göstərib. O, 1996–2014-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı elm və təhsil məsələləri komitəsinin üzvü olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































