Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan arasında Astanada ayrıca görüş planlaşdırılmır.
Manevr.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, əgər istəsələr, Putin və Qriqoryan Avrasiya İqtisadi İttifaqı sammiti çərçivəsində danışa bilərlər.
Peskov qeyd edib ki, Rusiya hələlik Ermənistandan tərəvəzlərinin idxalına qoyulan qadağa ilə bağlı cavab almayıb.
Qeyd edək ki, Rosselxoznadzor 30 may tarixindən etibarən Ermənistandan pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına qadağa qoyduğunu açıqlayıb. Bundan əvvəl isə Rusiya Ermənistandan bir sıra spirtli içkilərin, habelə “Cermuk” mineral suyunun və güllərin idxalını məhdudlaşdırıb.apa
Xəbər lenti
Kreml: Putin və Paşinyanın müavininin Astanada ayrıca görüşü planlaşdırılmır

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































