Xəbər lenti
Cənubi Qafqazda ən yüksək maaş bu sahədə verilir

2024-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı 1009 manat (593,6 dollar) olub.
Manevr.az-ın musavat.com-a istinadla xəbərinə görə, iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, bu, Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir.
Ekspert qeyd edib ki, Ermənistanda orta aylıq məvacib 900 dollara yaxın olub:
“Gürcüstanda isə 2024-cü ilin 3-cü rübünün göstərici 753,4 dollar olub. Yəqin ki, ilin sonuna daha da artıb. Azərbaycanda ən yüksək maaşlı sektor mədən sənayesi (1971 dollar), yəni neft-qaz sektorudur. Bu sektor üzrə maaşlar ölkə üzrə orta göstəricidən bir qayda olaraq 3-4 dəfə yüksək olur. İkinci ən yüksək maaş olan sektor isə maliyyə sektorudur (1370 dollar). Bu sahə üzrə fərq 2-3 dəfə təşkil edir. Gürcüstanda isə yüksək maaşlı sahə informasiya və kommunikasiya (1490 dollar), tikinti (1174 dollar), maliyyə (1170 dollar) və elmi-texniki fəaliyyət sahələri (1282 dollar) hesab olunur. Ermənistanda əhali ən çox maaşı maliyyə (3200 dollar) və informasiya və rabitə (2400 dollar) sektorlarından alır”.
Beləliklə, ekspertin açıqladığı göstəricilərdən aydın olur ki, Cənubi Qafqazda ən yüksək orta aylıq əmək haqqı maliyyə sektorundadır.

Xəbəri paylaş
Çox oxunanlar

Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar