Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Hüquq və Ədalət hər zaman eyni anlam daşıyırmı?

Tarix: 04-03-2025 20:12     Baxış: 466 A- / A+
XÜLASƏ
Biz bu məqalə yazısında hüquq və ədalət anlayışlarının fərqini,oxşarlıqlarını,bir-biri ilə qarşılıqlı əlaqəsini,vəhdətini anlamağa çalışacağıq.Bu anlayışlar hər nə qədər bir-birinə yaxın anlayışlar kimi görünsələr də,onlar arasında görünməz fərqlər vardır.Hüquq daha çox qanunlarla,normativ əsaslarla bağlı olduğu halda,ədalət vicdan,sosial dəyər və mənəviyyatla bağlıdır.Biz bu məqalə vasitəsilə onlar arasındakı fərqləri daha dərindən dərk etməyə çalışacağıq
Giriş
Hər şeydən əvvəl biz öz hüquqlarımızı bilməli,onları tətbiq olunmasını tələb etməliyik.Bunu bacarmaq üçün “hüquq” sözünün anlamını başa düşməli,dərk etməliyik.”Hüquq” sözü ərəb sözü olmuşdur və “haqq” deməkdir.Hüquq sözünə anlayış verdikdə isə,belə deyə bilərik ki,Hüquq cəmiyyətdə mövcud olan münasibətləri tənzimləyən,bu tənzimləmələrə əməl olunması üçün qanunlara müraciət edən,əməl olunmadığı halda isə,sanksiyalar tətbiq edən ümumi qaydalar toplusudur.
Hüquq dövlət,müxtəlif qurum və təşkilatların,hətta vətəndaşların qanuna əməl etməsinə,tabe olmasına əsaslı bir şəkildə nəzarət edir.Bu nəzarət ona sanksiya tətbiq etmək səlahiyyəti verir.Sanksiya isə qaydalara əməl edilmədikdə tətbiq olunan cəzadır.Həmçinin,hüquq özü insan və vətəndaşların hüquq və qzadlıqlarının qorunması vəzifəsini də yerinə yetirir.Hüququn bu vəzifəsi insanların hüquq və azadlıqlarına müdaxilə edilməsinin qarşısını alır.
“Ədalət” sözü ərəb sözü oımuşdur “bərabərlik” deməkdir.Ədalət şəxsiyyət,cəmiyyət və dövlət arasında tarazlığı qoruyur və bərabərliyi təbliğ edir.Ədalət hər kəsin bərabərlik əsasında yaşamasını tələb edir.Ədalətə görə hər kəsə layiq olduğu imtiyazların,hüquqların verilməsi,cəzalandırılma zamanı belə hər kəsin layiq olduğu şəkildə cəzalandırılması ən yaxşıdır.
Hüquq və Ədalət qarşılıqlı əlaqə əsasında inkişaf edir,formalaşır və tətbiq olunur.Hüquq ədalətin təmin olunması üçün yaradılmış bur sistemdir lakin hüquq hər zaman ədalətli olmaya bilir,çünki hüquq qanunlar vasitəsilə müəyyənləşdirilir və hər dövrdə qəbul edilən qanunlar da,təəssüf ki,ədalətli olmur.Hər iki anlayış dövlət və cəmiyyət üçün mühüm rol oynayır və sosial münasibətlərin yaranmasında əsaslı bir şəkildə tətbiq olunur.
Hüquq və ədalətə uyğun Azərbaycan Respublikasının bir neçə maddəsini nümunə göstərə bilərik:

Maddə 25 – Bərabərlik hüququ
Hamı qanun qarşısında bərabərdir.

Maddə 60 – Hüquqi müdafiə hüququ
Hər kəsin öz hüquq və azadlıqlarını məhkəmə qarşısında müdafiə etmək,qorumaq hüququ vardır.

Maddə 71 – İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi
Azərbaycan Respublikasının dövlət orqanları, habelə yerli özünüidarəetmə orqanları insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına məsuliyyət daşıyırlar.

NƏTİCƏ
Qısaca,hüquq və ədalət anlayışları bir-birini tamamlayır.Sadəcə onların fərqli xüsusiyyətləri mövcuddur,yəni onlar eyni anlamı ifadə etmir və onlara fərqli aspektlərdən baxılmalıdır.Hüquq üçün əsas məqsəd ədalətdir,lakin hüquq hər zaman ədaləti əks etdirmir.Belə ki,hüquq ədalətə əsaslanaraq bərabərliyi təmin etməli,ədalət isə hüquqi prinsipıərə uyğunlaşmalıdır.Ədalət və hüququn bərabər bir şəkildə icra olunması üçün təkcə qanunlara doğru əməl olunması deyil,cəmiyyətdə mövcud olan fərdlərin düzgün şəkildə mühakimə edilməsi və insanların hüquqi bərabəliyinin təmin olunması əsasdır.

ƏDƏBİYYAT SİYAHISI
• Azərbaycan Respublikasının Konstitusiyası – Bakı, 2009.
 • Maddə 25 – Bərabərlik hüququ
 • Maddə 60 – Hüquqi müdafiə hüququ
 • Maddə 71 – İnsan və vətəndaş hüquqlarının təmin edilməsi
 • "Hüquqi Dövlət" – Hüquq və ədalət anlayışları, məhkəmə sisteminin rolu. Səh. 45-60, 112-130
 • "İnsan Hüquqları" – Hüquq və ədalət, beynəlxalq hüquq.Səh. 32-48, 98-115
 • "Şəriətin Məqsədləri" – İslam hüququnda ədalət və etik əsaslar. Səh. 20-35, 60-75


 Qafiyə RZAYEVA 
Naxçıvan Dövlət Universiteti
Hüquqşünaslıq fakültəsi 1-ci kurs tələbəsi


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar