Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Cənubi Qafqazda ən yüksək maaş bu sahədə verilir

Tarix: 04-03-2025 19:14     Baxış: 421 A- / A+


  384 
2024-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı 1009 manat (593,6 dollar) olub.
Manevr.az-ın musavat.com-a istinadla xəbərinə görə, iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, bu, Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir.
Ekspert qeyd edib ki, Ermənistanda orta aylıq məvacib 900 dollara yaxın olub:
“Gürcüstanda isə 2024-cü ilin 3-cü rübünün göstərici 753,4 dollar olub. Yəqin ki, ilin sonuna daha da artıb. Azərbaycanda ən yüksək maaşlı sektor mədən sənayesi (1971 dollar), yəni neft-qaz sektorudur. Bu sektor üzrə maaşlar ölkə üzrə orta göstəricidən bir qayda olaraq 3-4 dəfə yüksək olur. İkinci ən yüksək maaş olan sektor isə maliyyə sektorudur (1370 dollar). Bu sahə üzrə fərq 2-3 dəfə təşkil edir. Gürcüstanda isə yüksək maaşlı sahə informasiya və kommunikasiya (1490 dollar), tikinti (1174 dollar), maliyyə (1170 dollar) və elmi-texniki fəaliyyət sahələri (1282 dollar) hesab olunur. Ermənistanda əhali ən çox maaşı maliyyə (3200 dollar) və informasiya və rabitə (2400 dollar) sektorlarından alır”.
Beləliklə, ekspertin açıqladığı göstəricilərdən aydın olur ki, Cənubi Qafqazda ən yüksək orta aylıq əmək haqqı maliyyə sektorundadır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar