Ağızda olan bəzi bakteriyalar insan beyninin inkişafına müsbət təsir etsə də, bəziləri Altsheymer və digər problemlər yarada bilər.
İngiltərənin “Exeter” Universitetinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, ağızdakı bəzi bakteriyalar yaddaşı və diqqəti gücləndirir. Lakin bəzi bakteriyalar var ki, onlar Altsheymer və digər xəstəliklər yaratmaq qabiliyyətinə sahibdir.
Xəbər lenti
Ağızdakı bakteriyalar bu xəstəliyin xəbərçisi ola bilər - Araşdırma

Araşdırmada yaşı 50-dən yuxarı olan 115 könüllü iştirak edib. Onlar bilişsel testlərdən keçib və ağız qarqaralarından nümunələr təqdim ediblər. Alimlər iki qrup müəyyən ediblər: beyin funksiyaları normal olanlar və orta dərəcədə koqnitiv problemləri olanlar. Tədqiqatçılar müəyyən ediblər ki, ağızlarında Neisseria və Hemofil bakteriyalarının yüksək səviyyədə olduğu şəxslər daha yaxşı yaddaş və diqqət qabiliyyətinə malikdirlər. Əksinə, Porpyromonas bakteriyasına sahib insanlarda yaddaş problemləri daha çox müşahidə olunub. Həmçinin, Altsheimer riski daşıyan fərdlərdə Prevotella bakteriyası daha çox rast gəlinib.
Alimlər ağızda olan bakteriyalarla bağlı tədqiqatın böyük bir elmi kəşf olduğunu vurğulıblar. Onların fikrincə, ağızdakı bakteriyalar beyin funksiyalarını dəstəkləyə və ya zəiflədə bilər.
Tədqiqatın nəticəsi olaraq elm adamları nitratla zəngin yaşıl yarpaqlı tərəvəzlərin – ispanaq, rukkola, kahı və qırmızı çuğundurun daha çox istehlak edilməsini tövsiyə edir. Eyni zamanda, şəkərli və spirtli qidalardan uzaq durmağın vacibliyini qeyd olunub.
Tədqiqat hələ ilkin mərhələdə olsa da, ağız sağlamlığının beyinə təsiri ilə bağlı yeni araşdırmalar aparılacağı gözlənilir.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar