Sizin Reklam Burada
Xəbər lenti
03-01-2026
01-01-2026
BÜTÜN XƏBƏRLƏR

Alüminium qablarda bişirilən yeməklər nə qədər təhlükəsizdir?

Tarix: 03-01-2026 14:18     Baxış: 440 A- / A+
Alüminium qablarda bişirilən yeməklər nə qədər təhlükəsizdir?
Mütəxəssislər xəbərdarlıq edir ki, alüminium qablardan istifadə bəzi hallarda sağlamlıq üçün risk yarada bilər. Diyetoloq Olqa Yablokovanın sözlərinə görə, xüsusilə yumurta kimi məhsulların bu tip qablarda bişirilməsi arzuolunan deyil.
Manevr.az-ın məlumatına əsasən, əsas təhlükə alüminium qabların üzərindəki qoruyucu oksid qatının zamanla zədələnməsi ilə bağlıdır.
Cızıq, əzik və aşınmalar nəticəsində bu qat sıradan çıxdıqda, metal qida ilə birbaşa təmasda olur.
Yablokova bildirir ki, yüksək temperatur, duzlu və turş mühit alüminiumun qidaya keçməsini daha da sürətləndirir. Yumurta adətən duz əlavə olunmuş suda qaynadıldığından, bu şərait alüminium ionlarının suya keçmə ehtimalını artırır. Əgər qaynama zamanı yumurtanın qabığı çatlayarsa, həmin maddələr zülal və sarıya qədər nüfuz edə bilər.
Mütəxəssisin sözlərinə görə, alüminium tərkibli qidaların uzun müddət və müntəzəm şəkildə qəbul edilməsi mədə-bağırsaq problemlərinə, sümük toxumasının zəifləməsinə, böyrək xəstəliyi olan şəxslərdə isə zəhərlənmə riskinin artmasına səbəb ola bilər.
Diyetoloq yumurta və digər qidaların bişirilməsi üçün daha təhlükəsiz materiallara üstünlük verilməsini tövsiyə edir. Paslanmayan polad, istiliyədavamlı şüşə və keyfiyyətli keramika qablar qida ilə reaksiyaya girmir, duz və turşulara qarşı daha davamlıdır və yeməyin dadını daha yaxşı qoruyur.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar