Sizin Reklam Burada
Xəbər lenti
01-01-2026
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ankara-Bakı təyyarəsində dava - Aeroporta enən kimi həbs olundu

Tarix: 02-01-2026 14:14     Baxış: 428 A- / A+

Ötən il dekabrın 27-si yerinə yetirilən Ankara-Bakı reysində iki nəfər arasında dava düşüb.
Manevr.az xəbər verir ki, Xaçmaz rayon sakini 1989-cu il təvəllüdlü Z.Baloğlanov təyyarədən düşərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, təyyarə Bakıya eniş edərkən onunla digər sərnişin arasında insident yaşanıb.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Onun sərxoş halda olması müəyyənləşdirilib.
Xəzər Rayon Məhkəməsinə göndərilən Z.Baloğlanov törətdiyi xətanı qismən etiraf edib: "Ankara-Bakı aviareysi ilə uçub Bakıda hava limanına eniş etdik. Oturduğum yerdən qalxıb çıxmaq istəyərkən yanımda əyləşmiş digər sərnişin tez keçmək üçün məni itələdi. Bu zaman həmin sərnişinlə aramızda narazılıq oldu. Bakıya gəlməmişdən öncə Ankara aeroportunda bir az spirtli içki qəbul etmişdim. Təyyarədən düşəndən sonra həmin sərnişin məndən şikayət edib. Bundan sonra məni polis şöbəsinə gətirdilər. Müəyyən səbəblərdən 4 gün yuxusuz olduğumdan gərgin idim, əsəblərimi cilovlaya bilməyərək xırda xuliqanlıq hərəkətlərinə yol verdim".
Məhkəmənin qərarı ilə Z.Baloğlanov 4 günlük həbs olunub və dekabrın 31-i sərbəst buraxılıb.qafqazinfo.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar