Sizin Reklam Burada
Xəbər lenti
01-01-2026
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

İstanbulda Azərbaycana qarşı təxribat - Dərhal qarşısı alındı

Tarix: 01-01-2026 22:31     Baxış: 323 A- / A+
"Türkiyə Gənclik Vəqfi İstanbulda “Qəzzaya ədalət” yürüşü keçirib. Yürüşə 400-ə yaxın qeyri-hökumət təşkilatının dəstəyi ilə 520 min insan qatıldığı bildirilib. Yürüşə qatılmaq istəyənlərdən bir qrupunun əllərində Misir və Azərbaycan Dövlət Neftş Şirkəti əleyhinə şüarı əks etdirən pankartlar olub. Onları yürüşə qatılmağa icazə verməyiblər, təxribatın qarşısı alınıb". 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, həmin qrup Misiri İsraildən qaz alışına dair saziş imzalamasına görə hədəf seçib: 

"Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) isə İsrailə neft satmaqda ittiham edirlər. Diqqətimi məlum qrupun nəfis şəkildə hazırladıqları pankartlar çəkdi. Onlar bunu nəşriyyatda hazırlayıblar. Bu qrupda yer alanlar 2024-cü ilin iyun ayında Dövlət Neft Şirkətinin İstanbuldakı ofisinin qarşısında da etiraz təşkil etmişdilər. Türkiyədə fərqli ideoloji baxışlara malik insanlar var, içərlərində radikalizmə meyllənənlərə də rast gəlinir, 3 gün əvvəl terrorçu İŞİD üzvləri ilə toqquşmada 3 polis şəhid edildi. Dövlət Neft Şirkəti 20 milyard dollarla Türkiyəyə ən çox yatırım qoyan şirkətdir və İsrailin Azərbaycan neftinin alışı Türkiyənin Ceyhan limanı üzərindən həyata keçirilir. Yəni Türkiyədə İsrailə neft satışına görə Dövlət Neft Şirkətini hədəf seçənlər həm də öz dövlətlərini hədəf seçirlər".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar