Xəbər lenti
İnsanlıq ən uca mənsəbdir

Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü
Bəzən həyatın sərt səhnələrində, titullar və vəzifələr içində saxta təbəssümlərlə gəzip-dolaşarkən, ən sadə bir həqiqəti unuduruq: biz hamımız sadəcə və sadəcə aciz insanlarıq, Allahın günahkar bəndələriyik... Bəli, elədir! Sadəcə insanıq.
Vəzifəmiz olmasa da – insanıq.
Titulumuz olmasa da – insanıq.
Qəlbində nur, sözündə səmimiyyət, ürəyində mərhəmət və həqiqət olan sadə bir insan...
Bu dünyada "yerin ən alçaq zirvələrində" gəzənlər arasında qəlbi bələdçi ulduz kimi parlayan insanlar var. Onlar heç vaxt minbərdən danışmaz, amma sözləri ürəkləri titrədir. Onlar nə məmurdur, nə də böyük bir vəzifə sahibidir. Amma onlar kamil insan, həqiqi insan – Həzrəti İnsandırlar. Çünki onlar insanlıq adlanan ən ali məqamın sahibidirlər.
Amma həyatda bir bəla var. Əsrlərdir kök atmış, saf qəlblərin münasibətlərini çürütməyə başlayan bir bəla: insanı vəzifəsinə görə dəyərləndirmək. İnsan dəyərini pula, var-dövlətə, vəzifəyə və tituluna görə ölçmək...
Kimsə bir qapıdan içəri girsə, baş əyərək təzim edirik, saxta və təmtəraqlı gülümsəmələrlə qarşılayırıq. Sadə bir insan içəri girsə – bəzən adi bir salamı da çox görürük...
Sanki ona insanlıq şərəfini vermək üçün diplomu, kürsüsü, rəsmi statusu olmalıdır.
Sanki insanlıq bizə ancaq vəzifə ilə birlikdə verilərmiş kimi.
Xeyr. Bu – yanlışdır. Bu – zülmdür.
İnsanın dəyəri qəlbindəki nurda, yaxşılığa meylində, başqalarının dərdini hiss etməsində ölçülür.
Təsəvvüfün böyük alimləri belə deyirdi:
“Əgər qəlbində insanlara hörmət yoxdursa, sənin elm və əməl, məqam və titulun torpaqdan da dəyərsizdir.”
Elədir. Qəlbində hörmət olmayan insan – vəzifələrin içində dolaşıb, əslində sonsuz bir quyunun içində özünü itirmiş birisidir.
Çünki vəzifə gedər, titul bitər – amma insanlıq – cənnətə aparan sonuncu pillə olaraq qalır.
Unutmayaq:
İnsanlara halına görə deyil, varlığına görə münasibət göstərmək gərəkdir.
Onların dəyərini tutduğu vəzifəyə görə deyil, insan kimi varlığına görə qiymətləndirməliyik.
Təvazökarlıq, səmimiyyət, mərhəmət, sədaqət, halallıq – bu fəzilətlər bəzən heç bir kürsüsü olmayan sadə insanlarda daha çox olur.
Əlləri zəhmətdən çatlamış bir kəndli, ürəyi mərhəmət və səmimiyyət dolu bir müəllimə, təmiz qəlbli bir süpürgəçi – bəlkə də zamanımızın ən böyük qəlbli insanlarıdır.
Gəlin, insanları tutduğu vəzifəyə, tituluna, geyiminə və arxasındakı “güc”ə görə yox, qəlbinin səsinə görə dinləyək.
Gəlin, insanı insan kimi sevməyi öyrənək.
Çünki Allah qatında ən əziz insan – ən təqvalı, ən pak, ən mərhəmətli və ədalətli insandır.
Orada kürsü yoxdur, titul yoxdur, diplom yoxdur.
Orada yalnız qəlb var!
Yalnız niyyət var!
Yalnız insanlıq var!
Böyük məqam, yüksək istedad, ali qabiliyyət – bunlar Allahdan verilən imtiyazlar, imtahan vasitələridir.
Amma ən ali məqam – insanlıqdır!
Ona görə də...
Gəlin, vəzifə ilə deyil, mərhəmət ilə ucalaq.
Gəlin, təkəbbürlə deyil, təvazö ilə dəyərlənək.
Gəlin, üzümüzdəki maska ilə deyil, qəlbimizdəki həqiqət ilə yaşayaq.
Gəlin, insanlara ürək gözü ilə baxaq.
Qəlbin səsini dinləyək.
Mərhəmət, səmimiyyət və yaxşılığı baş meyar edək.
Çünki bu dünyada ən böyük məqam – qəlbin paklığı və insanlıqdır.
Və bunu da unutmayaq:
İnsan kimi gəldik – insan kimi yaşayaq!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar